Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Tanınmış qastroenteroloqun qida menyusuHəkimlər nə yeyir?

  • 2017.12.25 15:50
  • 25740 Baxış
 - Tanınmış qastroenteroloqun qida menyusu Həkimlər nə yeyir?
HANSI ƏRZAQLARDAN UZAQ DURMALI?


Bioloji Təbabət klinikasının qastroenteroloq-terapevti Arzu Quliyeva mədə-bağırsağa zərər vuran, ümumilikdə insan orqanizmi üçün zərərli olan qidaların siyahısını öz şəxsi qida seçimində təqdim edib.


Medicina.az xəbər verir ki, mütəxəssis həkimlər özləri nə yeyir, nələrdən imtina edir, market və bazardan nələri alır suallarına cavab verib. O birmənalı olaraq aşağıdakı ərzaqları qəbul etmədiyini açıqlayıb:


1.Tərkibində konservant olan ərzaq və məhsullardan uzaq durmalı. Qəbul etdiyiniz məhsulların üzərində mütləq KONSERVANTSIZ sözü yazılmalıdır.


2.Paketlənmiş, uzun müddət qalan şirniyyat, biskvit almıram – açıq satılan peçenye olar. Amma paketdə olan şirniyyat nə böyüyə, nə uşaqlara məsləhətdir.


3.Kolbasa-sosis olmaz. Bujenina, dil ətini soyuq qəlyanaltı kimi alıram.


4.Şirəli, rəngli içkilər, paketdə meyvə suları almıram – onlarda qatqı var.


5.Marketlərdə gözəgəlimli, iri, GMO – dəyişikliyə uğramış meyvə - tərəvəz almıram – bu məhsulları bazardan almaq lazımdır. Meyvə tərərəvəzin asanlıqla çürüyəni xeyirlidir.


6.Süd məhsullarının yalnız təzəsi, konservantsız olanı – istər xama, istər süd yemək məsləhətdir.


7.Hisə verilmiş (kopçenniy) məhsullar olmaz.


8.Şorabalardan imkan olduqca uzaq durun - yalnız malakansayağı qoyulmuş kələm yaxşıdır. Onu xəstələrə də tövsiyyə edirəm, bir şərtlə ki, tərkibində essensiya olmasın. Marketlərdə qablarda uzun müddət qalan turşu-şoraba qəti şəkildə yeyilməməlidir. 


9.Konfet, şirniyyat, şokoladın tərkibinə baxmaq lazımdır.


10.Toyuq, ət, balıq məhsulları yalnız bazardan və təzə kəsilmiş olmalıdır. 


İnsanlara 100% "bunu yemə, onu yemə” qadağasını da qoymaq olmur. Amma düşüncəli insan istəsə bu qədər çeşid içindən bir az normal tərkibdə olan ərzaqlar seçə bilər. Xüsusən GMO və konservantlardan uzaq dayanmaq lazımdır.

 - Tanınmış qastroenteroloqun qida menyusu Həkimlər nə yeyir?