Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkimlər məhkəmədə Elinanın ölümü ilə bağlı danışdı -"Dedi, axşam 30 ədəd dərman atmışam"

  • 2019.09.25 20:42
  • 14570 Baxış
Həkimlər məhkəmədə Elinanın ölümü ilə bağlı danışdı  -"Dedi, axşam 30 ədəd dərman atmışam"
Zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi günün ikinci yarısında davam edib.


BakuPost-un məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə həkim- taksikoloq Faiq Süleymanov ifadə verib.


O bildirib ki, Elina Hacıyeva dərmanlar qəbul edib: "Mədəsini yuduq. Bildirdi ki, axşam 30 ədəd Ketatifen atıb. Bu mənə inandırıcı gəlmədi. Çünki o qədər həb qəbul etsəydi, səhər ayıla bilməzdi. Mən daha sonra Elinanı travmatologiya göndərdim".


Daha sonra 19 saylı Təcili tibbi yardım stansiyasının həkimi Vasif Mursaqulov isə qeyd edib ki, hadisə ilə bağlı çağırış 11:04-də gəlib: "Biz hadisə yerinə gəldik. İlkin müdaxilə etdik. Elina dedi ki, 30-a yaxın həb qəbul edib. Səbəbini soruşdum, dedi 15 gündür intihar etmək qərarına gəlib. Evdə də, məktəb də onu istəyən adam olmadığı üçün bu qərarı verdiyi dedi".


Prosesdə Kliniki Tibbi Mərkəzin reanimasiyasının şöbəsinin baş anisesteziloqu Vaqif Rəhimov ifadə verib.


O bildirib ki, Elina Hacıyeva xəstəxanaya yerləşdirildiyindən 2 gün sonra dünyasını dəyişib: "Elinanın ağ ciyərində ödəm yığılmışdı. Birinci gün hər şey yolunda gedirdi. İkinci gündə vəziyyət pisləşdi. Ona 5 lt oksigen verildi. Gərəkli müdaxilələr edildi, amma nəticə verilmədi. Ayın 6-ı səhər 11:15 radələrində Elinada bioloji ölüm oldu".


Proses sentyabrın 27-də davam edəcək.