Antalyada yaşayan Dərya və Mehmet Tuncer cütlüyünün 2.5 aylıq oğulları İzzət Emre Tuncer xəstəxanada ölüb.
Medicina.az xəbər verir ki, buna səbəb körpəyə yanlış qanın verilməsi olub. Ailə xəstəxananı şikayət edərək məhkəməyə verib.
Məhkəmədə şahid olaraq dinlənilən Aişə Yöntem Dərya Tuncer ilə eyni xəstəxanada doğum etdiyini və doğuşdan sonra onların uşağının reanimasiyaya alındığını bildirib. Xəstəxana işçilərinin xəstə yaxınları və uşaqla kifayət qədər maraqlanmadığını vurğulayıb.
Şahid, həkimlərin amansızca "Uşaqdan ümidinizi üzün. Artıq xəstəxanaya gəlməyinizə ehtiyac yoxdur. Uşaq öldüyü zaman biz sizə xəbər verərik” dediyini eşitdiyini qeyd edib.
Digər şahidlər də uşağa yanlış qan verildiyini və səhv müalicə edildiyini bildiriblər.
Ailə də uşağının ölümündə xəstəxananı günahlandırıb. Onların sözlərinə görə, xəstəxana işçilərinin hamısı vəziyyətdən agah olublar.
Məhkəmə bəzi sənədlərin toplanması üçün təxirə salınıb.