Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkimlər koronaviruslu xəstəni görüb qaçdılar – Kuryoz olay

  • 2020.02.12 17:19
  • 2508 Baxış
Həkimlər koronaviruslu xəstəni görüb qaçdılar –  Kuryoz olay

Ufa şəhər xəstəxanasının infeksion şöbəsinin həkimləri Çindən gələn vətəndaşı koronavirus şübhəsindən müayinə etməkdən imtina ediblər.


Medicina.az xəbər verir ki, onlar yoluxacaqlarından qorxaraq hətta qaçıblar.

27 yaşlı kişi Pekində yaşayırdı və 3 gün olar Vətəninə qayıdıb. Aeroportda yoxlansa da normal buraxılıb, lakin evdə özünü pis hiss edib. Koronavirus olacağından qorxaraq dərhal xəstəxanaya gəlib.

Xəstə analiz götürüləcəyini gözləsə də, onu otaqda tək qoyub qaçıblar.

Həkimlər xəstədən gizlənib, onu bağlı qapı arxasında saxlayaraq, arxa qapıdan çıxıb getməsini istəyiblər.

Məsələ ilə bağlı Başkiriya Səhiyyə idarəsi faktı araşdırsa da, rəsmi yazılı sənəd aşkar olunmayıb. Həkimlər xəstəni qeydə almayıblar. Bütün xəstəxanalara belə müraciət edən xəstələri izolə edib, lazımi müayinələri aparmaq üçün həkimlərə təlimat verilib, heç kim bundan imtina edə bilməz.