Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkimlər kişinin sidik kisəsindən "nauşnik" çıxardılar - Kuryoz olay

  • 2022.04.22 14:48
  • 2550 Baxış
Həkimlər kişinin sidik kisəsindən "nauşnik" çıxardılar   - Kuryoz olay

İndoneziyalı kişinin sidik kisəsindən həkimlər maraqlı yad cisim xaric ediblər.

Bakupost xəbər verir ki, Surabay şəhər xəstəxanasına müraciət edən 35 yaşlı kişi 3 gün idi ki, sidiyə gedə bilmirdi.

Həkimlər onu müayinə etdikdə sidik kanalında nəyinsə ilişib qaldığını görüblər. Anamnez zamanı pasiyent etiraf edib ki, masturbasiya zamanı teleüfon qulaqcığını uretrasına daxil edib. O çox dərin getdiyi üçün çıxarda bilməyib.

Sidiklə çıxacağını düşünən kişi həkimə getməyib.

Lakin qulaqcıq sidik kanalını tıxayıb, sidik çıxmağa yol tapmayıb.

Rentgendə həqiqətən də üzük kimi halqavari dolaşmış qulaqcıq görünürdü.

Kiçik əməliyyatla cərrah qulaqcığı uretradan xaric edib. Onun diametri 2-3 millimetr idi.

Pasiyent psixiatr qəbuluna yönləndirilib. Məlum olub ki, o seksual həzz üçün ayda 2-3 dəfə belə tryuklar edirmiş və bu vaxta kimi problem yaşamayıb.

Psixiatr kişiyə "poliembolokoylamaniya" diaqnozu qoyub, bu müxtəlif əşyaları öz bədəninə daxil etmək cəhdi yaradan psixi cinsi tələbatdır.


Aygün Musayeva
BakuPost