Tibb tarixində ikinci dəfə olaraq İİV xəstəsinə sümük iliyi köçürülüb. Donorun İİV virusuna qarşı davamlılığı olub.
Medicina.az xəbər verir ki, QİÇS xəstəliyindən ilk sağalma halı 2008-si ildə Berlində qeydə alınıb.
Bu dəfə ilə Böyük Britaniyadan olan həkimlər tibbi tarixində ikinci dəfə İİV xəstəsini sağaldıblar. Xəstəyə donordan sümük iliyi köçürülüb. Tibb işçilərinin bildirdiklərinə görə, əməliyyatdan 6 ay keçdikdən sonra xəstənin analizləri tamamilə təmiz çıxıb. Xəstə hələ ki, remissiya mərhələsindədir.
Məlum olub ki, sözügedən xəstə ilk dəfə 2003-cü ildə İİV virusuna yoluxub. 2012-ci ildə isə ona qan xərçəngi diaqnozu qoyulub. Həkimlər onun yeganə sağalma şansının ilik köçürülməsi olduğunu bildiriblər. Onlar bu əməliyyatın çox riskli, çətin və bahalı bir əməliyyat olduğunu da qeyd ediblər.
Statistikaya görə, dünyada təxminən 37 milyon insan İİV virusuna yoluxub. Onlardan 2 milyonu uşaqdır.
Arzu
Medicina.az