Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkimlər altı saat ürəyi döyünməyən qadını XİLAS edib

  • 2019.12.06 15:35
  • 3042 Baxış
Həkimlər altı saat ürəyi döyünməyən qadını     XİLAS edib
İspan həkimləri altı saatdan çox ürəyi döyünməyən qadını həyata qaytarıblar.

Medicina.az oxu.az-a istinadən xəbər verir ki, “ТСН”nin xəbərinə görə, Priney dağına gəzməyə gələn 34 yaşlı ingiltərəli turist 2500 metrdən çox olan yüksəklikdə huşunu itirib. Ərinin çağırdığı xilasedicilər qadının bədən hərarətinin 18 dərəcə olması səbəbindən onun öldüyünü deyiblər.

Helikopterlə Barselonada xəstəxanaya çatdırılan qadını həkimlər reanimasiya şöbəsinə yerləşdirilib və müalicə ediblər.

Altı saat yarımdan sonra onun dayanan ürəyinin yenidən fəaliyətə başlaması ilə ilk dəfə rastlaşdıqlarını deyən həkimlər bunu möcüzə adlandırıblar.