"İstər dövlət,
istərsə də özəl tibb müəssisələrində işləyən həkimlər müəyyən dövrdən bir attestasiyadan
keçməlidir. Bu yoxlamalarda uğursuz olacağı halda həmin həkimlər peşədən də kənarlaşdırıla
bilər, daha aşağı vəzifəyə də keçirilə bilər. Ancaq misalçün, hansısa xəstənin
ölümündə həkimin səhlənkarlığı, əməlində cinayət tərkibi yoxdursa, buna görə
onu peşədən məhrum etmək olmaz”.
Bunu
Medicina.az-a açıqlamasında, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat
Musa Quliyev günlərdə özəl klinikalarda əməliyyat zamanı xəstə
ölüm hallarının artmasına münasibət bildirərkən deyib.
Deputat
bildirib ki, xəstəxanada xəstə sağlamlığına qovuşa da bilər, dünyasını dəyişə bilər. Bu ölüm faktlarında həkimin günahının olub-olmadığına baxmaq lazımdır: "İlk növbədə xəstənin ölümündə həkimin nə qədər günahı var, bu, araşdırılmalıdır. Ancaq elə hallar da
var ki, həkim heyəti əlindən gələni etsə də, xəstənin ölümünün qarşısını almaq
olmur. Həkimlər Allah deyillər ki. Hər belə halda həkimləri cəzalandırmaq, məncə,
doğru deyil”.
M.Quliyev
onu da deyib ki, bu həftə parlamentdə qəbul edilən qanuna görə özəl tibb müəssisələri
də 5 ildən bir yoxlamadan keçəcək və lisenziyaları yenilənəcək: "Bu əvvəl də
belə idi. Lakin bir müddət əvvəl sahibkarlığa dəstək verilməsi ilə bağlı bu lisenziyalar
birdəfəlik verilirdi. Biz bu qanunu da dəyişdir. Artıq özəl tibb müəssisələri 5
ildən bir yoxlamadan keçəcək və normalara cavab verməyən klinikalara lizensiya
verilməyəcək”.