Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkimindən Baydenin səhhəti ilə bağlı AÇIQLAMA

  • 2024.02.29 13:57
  • 1104 Baxış
Həkimindən Baydenin səhhəti ilə bağlı  AÇIQLAMA
Ağ Ev ABŞ prezidenti Co Baydenin hazırkı sağlamlıq vəziyyəti ilə bağlı hesabat yayımlayıb.

Medicina.az xəbər verir ki, hesabatda Baydenin vəzifəsini yerinə yetirməsi üçün heç bir maneə olmadığı bildirilib.

Ağ Evin sözçüsü Karin Jan-Pyer tərəfindən verilən yazılı açıqlamada Baydenin həkimi tərəfindən təsdiqlənən və onun vəziyyətinin yaxşı olduğunu ifadə edən hesabatın məzmunu yer alıb.

Hesabatda Baydenin həkimi Kevin O'Konnor 81 yaşlı prezidentin səhhəti ilə bağlı narahatlığa əsas olmadığını bildirib:

"Prezident özünü yaxşı hiss edir və builki fiziki müayinədə heç bir yeni narahatlıq aşkar edilməyib".

Hesabatda deyilir ki, 81 yaşlı Prezident Bayden sağlam, aktiv, güclü bir insandır:

“O, heç bir istisna olmadan bütün öhdəliklərini tam yerinə yetirir. Co Bayden prezidentlik vəzifələrini uğurla yerinə yetirməyə hazırdır”.

Baydenin ürək ritmindən xolesterin dəyərlərinə qədər hər cür ətraflı məlumatın yer aldığı hesabatda ABŞ prezidentinin yuxu apnesi probleminin isə sabit qaldığı ifadə edilib.

Qeyd edək ki, mətbuatda Co Baydenin xərçəngdən və demensiyadan əziyyət çəkdiyi ilə bağlı məlumatlar yer alır. Onun səhhəti və yaşı ilə bağlı müzakirələr davam edir.

Fevralın 9-10-da ABC News/Ipsos tərəfindən keçirilən sorğuda iştirakçıların 86 faizi 81 yaşlı Baydeni ikinci müddətə prezident olmaq üçün "çox yaşlı" hesab etdiklərini bildirib.


Gül