Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkimi şantaj edib 8 min alana cəza istənildi

  • 2018.01.04 15:50
  • 12100 Baxış
Həkimi şantaj edib 8 min alana cəza istənildi
Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın həkimi şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Elnur İbrahimova cəza istənilib.


Medicina.az qafqazinfo-a istinadən verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək E.İbrahimovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.


Qeyd edək ki, E.İbrahimov Bakıda fəaliyyət göstərən özəl klinikalarının birində çalışan qadın nevropatoloq və EEG həkimi ilə sosial şəbəkədə tanış olub. Özündən yaşca böyük olan həkimlə səmimi ünsiyyət quran E.İbrahimov sonradan onu şantaj edərək rüsvay edəcəyini deyib. Bu yolla həkimdən 8 min manatdan çox pul alıb. Daha sonra qadının şikayəti ilə E.İbrahimov saxlanılıb. O ittihamı qəbul etməyərək pulu yardım məqsədi ilə istədiyini deyib.


İstintaq dövründə E.İbrahimov həbs edilməyib, hələ də azadlıqdadır.