Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkimi qayçı ilə öldürüb quyuya atdılar - FOTO

  • 2019.10.26 10:39
  • 3988 Baxış
Həkimi qayçı ilə öldürüb quyuya atdılar -  FOTO

Bakıda tanınmış diş həkimi amansızlıqla qətlə yetirilib.


Medicina.az criminal.az-a istinadən xəbər verir ki, Elvin Həbibzadəni öldürərək su
quyusuna atıblar. Məlumata görə, 32 yaşlı E.Həbibzadə oktyabrın 14-dən
10-VP-103 dövlət qeydiyyat nömrəli "BMW" avtomobili ilə birlikdə yoxa
çıxıb.


E.Həbibzadə qeyd olunan tarixdə səhər işə gedib. Daha sonra
işdən çıxaraq naməlum istiqamətdə yoxa çıxıb. Yol müşahidə kameraları
onu sonuncu dəfə 10-VP-103 dövlət qeydiyyat nömrəli "BMW" avtomobili ilə
Sulutəpə qəsəbəsinə gedən yolda qeydə alıb.


Dünən isə onun meyiti Xəzər rayonu ərazisində su quyusundan tapılıb.


Mərhumun qardaşı Elçin Həbibov sayta açıqlamasında bildirib
ki, qardaşını iki nəfər tamah məqsədi ilə öldürüb. Onlar oktyabrın 14-də
E.Həbibovun boğazını qayçı ilə kəsərək öldürüb, sonra isə izi itirmək
üçün su quyusuna atıb.


Qardaşının sözlərinə görə, Elvinə məxsus "BMW" markalı avtomobili isə hissələrə bölərək satmaq istəyiblər.


Faktla bağlı Binaqədi rayon Prokurorluğundan Cinayət
Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb, istintaq aparılır.

Həkimi qayçı ilə öldürüb quyuya atdılar -  FOTO