"Hipertoniyada istifadə olunan dərmanlar 5 qrupdu. Bu qruplardan 3-ü hipertoniyalı xəstələrin ömrünə müsbət təsiri sübut olunub. Əgər siz artıq Hipertoniya xəstəsisinizsə, bu dərmanları kəsmək olmaz”
Bu sözləri Medicina.az saytına açıqlamasında, həkim-terapevt Tural Qəmbərov deyib.
Onun sözlərinə görə, təzyiq dərmanlarını heç bir türkəçarə əvəz edə bilməz:
"Təəssüf ki, insanlarımızın əksəriyyəti bu məsləyə doğru olmayan tərzdə yanaşırlar: "mən dərmandan asılı qalmaq istəmirəm, bu gün təzyiqim yoxdu, dərman içmirəm. Filankəs limonla təzyiqini salır və s." Təzyiq dərmanları kiçik ölçüdə, kəskin dadı olmayan, rahatlıqla qəbul olunacaq preparatlardır. Belə xəstələr bilmirlər ki, heç bir türkə çarə bu preparatları əvəz eləməz. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də göstərilir ki, hipertoniyalı xəstələr təzyiq dərmanlarını (antihipertenziv) kəsməməlidir”.
Həkim deyib ki, dərman qəbulunun dayandırılması ciddi fəsadlar verə bilər:
"Əlilliyə, hətta ölümə qədər gəlib çıxa biləcək ağırlaşmalar ola bilər. Öz şəxsi praktikamdan deyirəm ki, gecə növbələrində bir çox infarkt, insult, hipertonik böhran, hipertonik kriz diaqnozu ilə xəstələr qəbul olunurdu. Ən çox da Qurban Bayraminda. Yaqin səbəbini bildiz?! Bu xəstələrdən anamnez toplayarkən məlum olurdu ki, 90 %-i Hipertoniya xəstəsidir və qəbul elədiyi təzyiq dərmanını (antihipertenziv) uzun müddətdir ki, dayandırıb. Belə vəziyyət hədəf orqanları yəni ürəyi, beyni və ya böyrəyi zədələmiş olur. Ümumilikdə isə xəstələrin yaşama müddətinə mənfi təsir edir. Belə hallar bir daha sübut edir ki, təzyiq xəstələri mütəmadi olaraq həkimləri tərəfindən təyin edilən antihipertenziv preparatları qəbul etməlidir. Təzyiqin səviyyəsindən asılı olmayaraq, dərmanlar gündəlik qəbul olunmalıdır.
Mən xahiş edirəm, əgər təzyiq xəstəsisinizsə, həkiminizin təyin etdiyi və təzyiqinizi normada saxlayan preparatları dayandırmayın!”
Həkimin sözlərinə görə, sistolik arterial təzyiqin 140 mm.c,s., diastolik arterial təzyiqin 90 mm,c.s-dan yüksək olması Hipertoniya xəstəliyi hesab olunur.
1) Aarterial təzyiq müxtəlif vaxtlarda, sakit şəraitdə, ən azı üç dəfə ölçülməlidir.
2) Həmin müddətdə xəstə AT-yə təsir göstərən dərman vasitəsi qəbul etməməlidir.
Ayna Məmmədova
Medicina.az