Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkim xəstəxanaya etiraz etdi - Sosial şəbəkədə gündəm oldu - FOTO

  • 2019.12.25 16:45
  • 2967 Baxış
Həkim xəstəxanaya etiraz etdi -  Sosial şəbəkədə gündəm oldu -  FOTO
Türkiyə xəstəxanalarının birində maraqlı hal qeydə alınıb.

Medicina.az xəbər verir ki, Çerkezköy Dövlət Xəstəxanasında qulaq,burun,boğaz xəstəlikləri uzmanı K.Kırbıyk qapısına elan yapışdırıb. Elanda :"tibbi heyətin çatışmazlığı, tibbi alətlərin əskikliyi və xarab cərrahiyyə alətləri səbəbindən bütün əməliyyatlarım ləğ olunub" - deyə, bildirilib.

Yazını görənlər onun şəklini çəkərəl sosial mediada paylaşıblar. Qısa müddətdə geniş oxucuya çatan fotolar rəsmi qurumların da diqqətindən yayınmayıb.

Bundan sonra Tekirdağ Səhiyyə İdarəsi həkim haqqında araşdırmalara başlayıb . Xəstəxananın müdiri bildirib ki, həkim bu hərəkəti ilə xəstəxananı və orada çalışanları pis vəziyyətdə qoyub.

Bu günə qədər cərrahi proses üçün əskiklik yaradan hər hansı bir səbəb haqqında heç kimə məlumat verməyib.Üstəlik, belə vəziyyətdə 506 əməliyyat həyata keçirib.