Tennesi ştatında bir həkim tərəfindən demensiya, ağıldan zəiflik və yaddaş pozğunluğu diaqnozu qoyulan xəstənin sonradan digər həkimlər tərəfindən yoxlanması maraqlı faktın üstünü açıb.
Medicina.az xəbər verir ki, Tennesi ştatında Suellen Li adlı həkimə qarşı ittihaam irəli sürülüb. Belə ki, o, 25 ildir tanıdığı və pasiyenti olan 79 yaşlı qadından 300.000 dollar borc alır.
Qadın həkimə inanaraq pulu verir. Daha sonra pulu qaytarmadığını görən qadın hüquq orqanlarına müraciət edir. Bu zaman həkim qadını yalan danışmaqda ittiham edərək, bir neçə ay öncə onda demensiya diaqnozu qoyduğunu bildirir. Yəni qadın yaddaş pozğunluğu yaşayır, borc məsələsini uydurur.
Daha sonra digər psixoloqlar qadını müayinə edərək, onda heç bir psixoloji xəstəlik tapmayıblar.
Həkim borclu olduğunu boynuna almasa da, məhkəmənin qərarı ilə tibbi lisenziyasını geri vermiş, 2000 dollar da əlavə cərimə olunmuşdur.