Həkim və pasiyentlərin hüquqlarını tənzimləyəcək yeni qanun layihəsi hazırlanır.
Bunu oxu.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev qeyd edib ki, "Pasiyentlərin hüquqları haqqında” yeni qanun layihəsi ilə bağlı müzakirələr çoxdan gedirdi,ancaq obyektiv səbəblərdən həmin sənədin hazırlanması və qəbulu təxirə salındı.
Onun sözlərinə görə, pasiyentlərin hüquqları məsələsi icbari tibbi sığorta ilə çox sıx bağlı olan bir məsələdir:
"Ona görə icbari tibbi sığortanın gələn ildən işə düşəcəyini nəzərə alaraq, düşünürük ki, belə bir qanun layihəsiniişləmək lazımdır. Yəqin ki, yaxın bir ilə, ilyarıma bu qanun layihəsi də qəbul olunar, qüvvəyə minər, işləyər.
Həm pasiyentlərin, həm də səhiyyə rəhbərlərinin fikirləriöyrənilməli, istər özəl, istərsə dədövlət səhiyyəsinin mütəxəssislərini dinləyək. Ondan sonra ümumi bir işçi qrupu yaradaq və payız sessiyasından etibarən qanun layihəsi üzərində daha geniş işlərə başlayaq”.
Bəs qəbul olunacağı təqdirdə, qanun nələri təzimləyəcək, hansı münasibətlərə aydınlıq gətirəcək?
Millət vəkili bildirib ki, qanun birinci növbədə münasibətləri, pasiyent və səhiyyə müəssisəsi, pasiyent və tibb işçiləri arasındakı münasibətləri tənzimləyəcək.
"Əgər hər hansı bir konflikt yaranarsa, məhkəməyə, hüquq-mühafizə orqanlarına qədər o münaqişənin həlli yollarını göstəcək. Bütün münasibətlərin yalnız hüquqi müstəvidə həllini təşkil edəcək.
Digər tərəfdən, pasiyentlərlə yanaşı,tibb işçilərinin hüquq və vəzifələri burada öz əksini tapacaq. Çünki həm tibb işçilərindən, həm də pasiyentlərdən tez-tez şikayətlər eşidirik.
Pasiyentlər narazılıq edirlər ki, ödədiyimiz vəsait qarşılığında bizəkeyfiyyətli tibbi xidmət göstərilmir və s. Tibb işçiləri, xüsusilətəcili yardım stansiyasının həkimləri də tez-tez müraciət edirlər ki, onlara qarşı pasiyentlər, onların ailə üzvləri tərəfindən kobudluq, təhqirlər və digər qeyri-qanuni münasibətlər olur.
Odur ki, bu münasibətlər hamısı bütövlükdə hüquqi müstəvidə tənzimlənməlidir. Eyni zamanda, icbari tibbi sığorta işə düşəndən bu məsələ öz aktuallığını ortaya qoyacaq. Çünki hər bir pasiyent, eyni zamanda, sığorta olunandır vətibbi xidmət haqlarını öncədən ödəmiş bir insandır.
Onun da haqqı var desin ki, pul ödəmişəmsə, istədiyim keyfiyyətdə tibbi xidmət göstərilməlidir”, - deyəM.Quliyev əlavə edib.