Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkim sirri olan məlumat vətəndaşa bu halda veriləcək

  • 2024.10.18 15:05
  • 905 Baxış
Həkim sirri olan məlumat vətəndaşa bu halda veriləcək
Sığorta hadisəsi baş verdikdə həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilə biləcək.

Medicina.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlara təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanuna dəyişiklik icbari tibbi sığortanın təmin edilməsi məqsədilə edilir.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.