Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkim "Semaşko"da süni tənəffüs aparatı olmadığı üçün vəfat etdi - 49 yaşında

  • 2020.06.18 23:40
  • 19044 Baxış
Həkim "Semaşko"da süni tənəffüs aparatı olmadığı üçün vəfat etdi -   49 yaşında

"Qayınanamı xəstəxanaya yerləşdirə bilmədik və bizə bildirdilər ki, sadəcə 103-ə zəng etməlisiniz. TƏBİB göstəriş verməlidir, sonra xəstəxanaya yerləşdirmək olar".

Medicina.az xəbər verir ki, bu sözləri azərbaycanlı həkim Sia Tağızadə "Facebook" hesabında yazıb. O bildirib ki, 49 yaşlı qayınanası xəstəxanaya getdikdən 15 saat sonra tənəffüs çatışmazlığından vəfat edib:

"Dünən saat 12:00 da 103-ə zəng etdik və xəstənin vəziyyətinin yaxşı olmadığını, nəfəs ala bilmədiyini dedik. Qeydiyyata aldılar.
Bir neçə saat keçdikdən sonra təkrar zəng edəndə növbəyə yazmışıq dedilər. Dəfələrlə xəstənin müdaxiləyə ehtiyacı olduğunu bildirsək də heç bir nəticə alınmadı. 103 gəlmədiyinə görə, gecə saat 22:00-da bir neçə tanış vasitəsi ilə xəstəmizi "Semaşko"ya yerləşdirdik. Öz ayağı ilə durdu getdi. Təcili tibbi yardım isə gecə saat 00:53 də qısa zəng göndərdi. Xəstə ölür, sən "vızıv atırsan?". Zəng etdik ki, görəsən, kimdir bu saatda xəstənin halı ilə maraqlanır? Xəstənin həyatını itirəcəyini bilə-bilə "Semaşko"da da müdaxilə etmədilər".


S. Tağızadənin sözlərinə görə, xəstəxanada süni tənəffüs aparatı olmayıb:

"Səhər saatlarında bizə məlumat verdilər ki, xəstənizin vəziyyəti allaha qalıb. Mən və ailəm həkim olduğumuz üçün başqa tanışlar vasitəsi ilə reanimasiyaya zəng etdik və süni tənəffüs aparatına qoşulub, qoşulmadığını soruşduq. Onlar bizə süni tənəffüs aparatları olmadığını bildirdilər. Başqa xəstəxanaya yerləşdirmək istəsək də, TƏBİB-in göstərişini gözləməli olduğumuzu bildirdilər. TƏBİB isə telefonlara cvb vermir. Gömrük xəstəxanasında bir yer olduğunu öyrəndik. Bəlkə də 100 yerə zəng etdik, amma nəticə almadıq. "Semaşko" reanimasiya şöbəsinin müdiri telefonu açmır. Dəfələrlə süni tənəffüs aparatına qoşulmalıdı desək də, əlacsız aşağıda gözlədik. 3-4 saat keçdikdən sonra, saat 14:45-də xəstə rəhmətə getdi. Sadəcə nəfəs ala bilmədiyi üçün".

Sia Tağızadə məsələ ilə bağlı prokurorluğa şikayət edəcəyini bildirib.