Hadisə Rusiyanın Stavropol şəhərində baş verib. Avtomobil qəzasına düşən kişini xəstəxanaya çatdırıblar, yaralı ayağını əməliyyat edən həkim drenaj qoymağı unudub və hələ də çirkli yaranı səhv tikib.
Medicina.az xəbər verir ki, bir neçə gündən sonra əməliyyat olunmuş ayaqda irinli proses yayılıb və pasiyentin ayağını dizdən amputasiya etməli olublar.
Fakt üzrə həkim səhlənkarlığı səbəbindən sağlamlığa ağır zırır vurma maddəsi ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, yaxın vaxtlarda Voronej xəstəxanasında 89 yaşlı qadının da ayağı həkimlərin səhvi səbəbindən səhv kəsilmişdi. Belə ki, qanqrenalı sağ ayaq əvəzinə sol ayaq kəsilmişdi.