Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkim səhvi üzündən ayağı kəsilən xəstəyə 1 milyon veriləcək – Başqırdıstanda

  • 2018.08.07 15:03
  • 7933 Baxış
Həkim səhvi üzündən ayağı kəsilən xəstəyə 1 milyon veriləcək –  Başqırdıstanda
Başqırdıstan Ali Məhkəməsi Oktyabr xəstəxanasının pasiyentə 1 milyon rubl kompensasiya ödəməsi barədə qərar çıxarıb. 

Xəstəxanada göstərilən səhv tibbi xidmət səbəbindən əlil olan qadın məhkəməyə baş vurub.


Medicina.az xəbər verir ki, 60 yaşlı qadın qarnında kəskin ağrılarla xəstəxanaya daxil olub.

 

Həkimlər qadında kəskin bağırsaq keçməməzliyi diaqnozu qoyaraq, təcili əməliyyata alıblar. Əməliyyat zamanı xəta edərək xəstənin sidik kisəsi və venasını zədələyiblər. Nəticədə qadının sol ayağını amputasiya etməli oldular. Qadın II qrup əlil dərəcəsi alıb. 


Bununla bağlı şəhər prokuroru məhkəmədə qadına maddi və mənəvi zərərə görə kompensasiya ödənməsi barədə vəsadət qaldırıb. 


Qeyd edək ki, Başqırdıstan və Ufa məhkəmələrinin pasiyent xeyrinə bu üçüncü qərarıdır.