Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkim səhvi ucbatından əli uyuşan qadının QOLUNU KƏSDİLƏR - FOTO

  • 2017.10.25 14:28
  • 14970 Baxış
Həkim səhvi ucbatından əli uyuşan qadının  QOLUNU KƏSDİLƏR - FOTO
Qadının qolu həkimin etdiyi yanlış müalicəyə görə qanqren olub. Hadisə Antalyada baş verib.


Medicina.az xəbər verir ki, Kəpəz bölgəsində 44 yaşlı, 3 uşağı ilə yaşayan Müjgan Akkuşun 10 ay öncə sol əli uyuşmağa başlayıb. Həmin ərazidə yerləşən özəl xəstəxanaya gedərək müayinə olunan Akkuşa, sol qoltuq altındakı sümüyünün, damara və ürəyə təzyiq göstərdiyi bildirilib. Bu səbəbdən həmin sümük əməliyyat vasitəsilə götürülüb. Bunun üçün qadın xəxtəxanaya 2 min türk lirəsi ödəyib.


Əməliyyatdan sonra xəstənin qolundakı ağrılar daha da artaraq göyərib. Həkimə vəziyyəti izah etdikdə isə həkim cərrah əlin qanqren olduğunu və kəsilməli olduğunu deyib. Ailənin iddiasına görə, həkimlər daha sonra "Biz bu işi bacarmadıq xəstənizi götürüb gedin” söyləyiblər. Ailənin şikayətindən sonra xəstəxana aldıqları pulun bir qismini geri ödəyib.


Daha sonra ailə, öz imkanları hesabına digər özəl xəstəxanaya gedərək göyərmiş qolunu müalicə etdirmək istəyib. Ancaq əli tamamilə göyərən qadının qolu dirsək nahiyyəsindən kəsilməli olub.


Xəstəxanadan çıxan Akkuş ilk getdikləri xəstəxanadan polisə şikayət ərizəsi verib.


Həyatında hər şeyin dəyişdiyini deyən qadın çox sıxıntı keçirdiyini dilə gətirib: "İş görə bilmirəm, çölə çıxammıram. Məhkəməyə vermişəm xəstəxananı. Hazırda nəticəsini gözləyirik”.

 

Həkim səhvi ucbatından əli uyuşan qadının  QOLUNU KƏSDİLƏR - FOTO