Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkim peyvənddən 2 ay sonra koronavirusa yoluxdu – Xəstəliyi necə keçirir?

  • 2021.05.31 17:53
  • 1827 Baxış
Həkim peyvənddən 2 ay sonra koronavirusa yoluxdu  – Xəstəliyi necə keçirir?

Yekaterinburqda laboratoroya həkimi Aleksandr Solovyev Sputnik peyvəndi olunduqdan 2 ay sonra virusa yoluxaraq xəstələnib.


Medicina.az xəbər verir ki, peyvənddən sonra analizlər yaxşı antitel göstərmişdi.
Hazırda həkim sosial şəbəkədə xəstəliyinin gedişatı barədə açıq paylaşımlar edir.

“25 mayda qripə bənzər simptomlar başladı. Peyvənd olunduğum üçün elə bildim adi soyuqdəymədir. 2 gün ərzində virus özünü göstərdi: əzələ ağrıları, bağırsaq pozulması. Testim pozitiv çıxdı. Sonra 38,5 temperaturla güclü titrətmə oldu, bütün onurğam ağrıyırdı. 27 mayda qoxubilməm itdi”.

Həkim qeyd edir ki, bu vaxta kimi belə virus xəstəliyi görməyib. Hətta 38 dərəcə hərarət belə çox pis keçirilir.
Bu virusa xarakterik bir srimptom da var, döş qəfəsi sanki daşlaşır, öskürən zaman əzələ spazmı olur.
Əzələlər çox ağrıyır.


Solovyev həkim olmasına baxmayaraq tibbi yardım üçün müraciət edib və növbəti günləri izləyir.