Türkiyənin Bursa şəhərində həkim özünə narkoz verərək intihar edib.
Medicina.az xəbər verir ki, axtarış və xilasetmə komandasının 10 dərəcədə 2 saatlıq axtarışı nəticəsində gənc həkimin cəsədi meşədə qarlar içində tapılıb. Hadisə yerindəkilər ağaca taxılmış vəziyyətdə olan serumun bir ucunun da həkim Mustafa Yalçının damarında olduğunu görəndə “şok” olublar. Onun avtomobili içərisində 6 səhifəlik məktubu da tapılıb. O ilk dəfə Bursaya gəldiyini, çox bəyəndiyini qeyd edib. Həkim həmçinin məktubunda necə ölüm yolu çizdiyini də qeyd edib. 35 yaşlı gənc anesteziyada istifadə edilən narkoz ilə kalsiumu damar yolu ilə özünə vurub və ölüb.
Qeyd edək ki, həkimin bir müddətdir psixoloji problemləri olub.