Bakı şəhər DYP İdarəsinin təşəbbüsü, Yeni Klinikanın dəstəyi ilə fiziki məhdudiyyətli, 6 yaşlı Ədalətin həkim olmaq arzusu bir günlük də olsa reallaşıb.
"Medicina" xəbər verir ki, Bakı şəhər DYP İdarəsinin baş inspektoru, polis moyoru Araz Əsgərlinin “Gələcəkdə nə işləmək istəyirsən?” sualına “həkim” deyə, cavab verən Ədalət üçün Yeni Klinika daxilində tur keçirilib.
Tanışlıq çərçivəsində Ədalət klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədovun və TƏBİB-in icraçı direktorunun müşaviri, Yeni Klinikanın İdarə Heyətinin üzvü Pərvin Əkbərovun da qəbulunda olub.
Məlumat üçün bildirək ki, Pərvin Əkbərov Ədalətin fizioterapiya və reabilitasiyası məqsədi ilə müvafiq prosedurlarının icra ediləcəyini də vurğulayıb.