Son 10 ildə qadınlarda süd vəzi problemləri kəskin artıb.
Xərçəngin profilaktikası üçün qadın ildə 2 dəfə mammoloq müayinəsinə getməlidir.
"Medicina" xəbər verir ki, ginekoloq Dariya Dacenko hansı hallarda təcili mammoloqa getməyi açıqlayıb.
"Əgər süd vəzidə əllə qəribə bərklik, şişkinlik, nahamarlıq hiss etdinizsə, xüsusən o ağrımırsa, eləcə də menstruasiya öncəsi süf vəzidə ağrı varsa, döşdə yanma, göynəmə, deşici ağrı, düyünlər, əllənən səthlər hiss edirsizsə,
bu fibroz kistoz mastopatiya, fibroadenoma və ən son halda xərçəng ola bilər.
Eləcə də süd vəziləri zərbə, travma alıbsa, yıxılmısızsa, idman zamanı ağırlıq düşübsə, mammoloqa gedin.
Güzgü qarşısında dayanın, süd vəzilərinin forması və ölçüsündə assimmetriya, gilənin dartılması, içəri batması və gilədən axıntı varsa, süd vəzinin dərisi qızarmış, isti, limon qabığı kimi kələ-kötürdürsə, bu mammoloqa getmək üçün əsasdır".
Aygün Musayeva