Xəbər verdiyimiz kimi, ötən gün Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Medicina.az xəbər verir ki, Mərkəzi Kliniki Xəstəxanın kardioloqu Firdovsi İbrahimov oxu.az-a açıqlamasında bildirib ki, İsa Qəmbər xəstəxanaya infarkt diaqnozu ilə gətirilib.
O qeyd edib ki, İsa Qəmbər xəstəxanaya gətiriləndə çox ağır vəziyyətdə olub.
"Ürəyinə stent qoyulduqdan sonra vəziyyəti normallaşdı. Bu gün artıq onun vəziyyəti müsbətə doğru dəyişməkdədir, müalicə prosesi davam edir. İnfarkt keçirdiyi üçün bir neçə gün xəstəxanada qalmalıdır”.