Rusiyalı həkim aparıcı Aleksandr Myasnikov orqanizm üçün ən effektiv və təhlükəsiz preparatı açıqlayıb.
Medicina.az xəbər verir ki, həkim parasetamolu ən təhlükəsiz dərman hesab edib.
O qeyd edib ki, insanlar daha çox ağrı zamanı qeyri-steroid iltihab əleyhinə dərmanlar seçir: aspirin, analgin, ibuprofen və s. Lakin onların çoxu səhhətə zərərdir, əks göstərişi çoxdur.
“Baş ağrısından tutmuş bel, ayaq, artroz ağrılarında içdiyimiz dərmanlar infarkt, insult, təzyiq, böyrək problemləri yaradır. Xüsusən yaşı 60-ı keçmiş xəstələr ehtiyatlı olmalıdır. Ona görə mənim tövsiyəm istənilən ağrılarda parasetamoldur.
O, qeyri-steroiddir, ürək və mədəyə az təsiri var”.