Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, dünya 2030-cu ilə qədər həkim çatışmazlığı ilə üzləşəcək. Nəticədə dünyada 18 milyon həkim çatışmazlığı yaranacaq.
Medicina.az publika.az-a istinadən xəbər verir ki, təşkilat buna səbəb kimi koronavirus pandemiyasını göstərib. Bildirilib ki, pandemiya nəticəsində həkimlərin yükü qat-qat artıb. Üstəlik, bir çox həkim zehni sağlamlığı səbəbilə işdən çıxıb. Bir qrupu isə davamlı depressiya və narahatlıq üzündən psixoloqlara müraciət etmək məcburiyyətində qalıb.
“Project Hope” beynəlxalq səhiyyə təşkilatının rəhbəri Tom Kenyonun dediyinə görə, həkimlərin mənəvi durumu kəskin şəkildə pisləşib. Odur ki, problemlə bağlı təcili olaraq işlər görülməlidir.