Avstraliyalı həkim Riçard Skoler dünyada ilk dəfə özündə beyin şişinə tam qalib gələ bilib.
"Medicina" xəbər verir ki, ən aqressiv şiş növü olan qliblastoma 1 il ərzində xəstəni həyatdan aparır, çox zaman əməliyyat effekt vermir.
57 yaşlı Skolyerin keçirdiyi eksperimental terapiya Avstraliyanın Melanoma İnstitutunda illərdir araşdırılır, xəstələrə tətbiq edilir və ölüm riskini 50% qədər azaldıb.
Bu terapiyada immunoterapiyadan istifadə edilir. Professor da 1 il öncə beyin əməliyyatından əvvəl bu dərman kombinasiyasını qəbul edib.
Eləcə də o fərdi xərçəng peyvəndi hazırlatdırıb və vurdurub.
Müalicənin əks təsiri qaraciyər toksikləşməsi, qıcolmalar olub.
Son MRT müayinəsində beyin tam təmiz və sağlamdır.
Əgər bu klinik protokol tətbiq olunarsa, 300 min insanın sağalacağına ümid var.
Aygün Musayeva