Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Həkim, başıma qan getmir, oksigen çatmır” - Nevroloqdan AÇIQLAMA

  • 2021.06.08 19:22
  • 8032 Baxış
“Həkim, başıma qan getmir, oksigen çatmır”   - Nevroloqdan AÇIQLAMA



Azərbaycanda xəstələrdən ən çox eşidilən şikayətlərdən biri də "başıma qan getmir,beynimdə oksigen çatmır, buna görə başım gicəllənir, ağrıyır, özümü pis hiss edirəm" fikridir.


Başqa olan ağırlıq, duman, fikirdə dağınıqlığı bir çoxları beyin qan dövranı pozulması ilə əlaqələndirir. Çoxlarına elə gəlir ki, həqiqətən beyinə qan az gedir, bu da problemlər yaradır.

Medicina.az nevroloq Babək Aslanovdan hansı hallarda başa qan getməməkdən şübhələnməklə bağlı açıqlama alıb.


İnsanlar nəyə görə beynində oksigen çatmadığını düşünür? Həqiqətənmi, başda, boyunda sıxılma, gözlərdə qaralma beyində oksigen aclığının əlamətidir?

“Mənə də özündə bu diaqnozdan şübhələnən xəstələr çox müraciət edir. Onlara elə gəlir ki, keçirdikləri narahatlığın səbəbi başqa qan çatmamasıdır və insult olacaqlarından qorxurlar. Əslində isə elə deyil. Başın beynin qan dövranı ən mükəmməl qan dövranıdır. 4 ən iri və qalın damarlar məhz başı qidalandırmaq üçün ayrılıb. Bunlar 2 yuxu damarı – şah damar, iki də onurğa arteriyasıdır. Bu damarlarda təzyiq də yüksək olur, yəni qan yüksək təzyiqlə vurur. Bu 4 damar kəllənin əsasında birləşib halqa əmələ gətirir, burdan damarlar ayrılıb, beyni qidalandırır

Gördüyünüz kimi, beyni 4 damar qidalandırır. Hətta bu damarlardan birinin zədələnməsi belə, tutulması belə beyin qan dövranını poza bilməz. Çox olub ki, şah damar kəsilib, qanaxma olub, onu tutub sıxıblar, sonra tikiblər, beyin qansız da qalmayıb. İnsan tam normal həyatına davam edib .
Allah elə qurub ki, beyin maksimum qorunur.




Beyinə qan getməməyi o zaman olur ki, bir damarda yox, orqanizmdə bütünlükdə, xüsusən ürək- qan damar sistemində ciddi problemlər olsun. Məsələn, təzyiq uzun müddət kəskin qalxanda və ya düşəndə, bədəndən uzun müddət qanaxma olduqda beyin oksigensiz qala bilər.

Amma insan özü ayağı ilə gəlib desin ki, boynum, başım sıxılır. beynimə qan getmir, ya burnum tutulub, ət var, yaxşı nəfəs ala bilmirəm, beynimə oksigen çatmır, bunları sadəcə insan elə hiss edir, ona elə gəlir.

Beynin qan dövranı o zaman kəskin pozulur ki, insult baş versin. Bu da özünü ciddi əlamətlərlə göstərməlidir: bir tərəf iflic, parez, əl –qol hərəkət etmir, danışıq itir, üz əyilir, huş tamam itir və s. Bu kəskin pozulmadır.

Bir də olur xroniki qan dövranı pozulması, bu zaman kəskin əlamətlər yox, koqnitiv pozulmalar: düşüncə, yaddaş, yuxu və s. baş verir.

Bu deyilən əlamətlər təkcə beyin qan dövranı ilə əlaqəli olmur. Daha çox biz rast gəlirik nevrotik pozulması olan insanlarda, yəni nevroz dediyimiz xəstəlikdə. İnsana elə gəlir ki, beyni dumanlıdır, diqqəti pozulur, dediyini unudur, fikrini cəmləyə bilmir, sanki səntələyir, başda sıxılma olur.

Ona görə də bu əlamətlər varsa, özünüzə beynimə qan çatmır, qidalanmır diaqnozu qoymayın. Beyin qan dövranını yaxşılaşdırmaq üçün çoxu həkimsiz müxtəlif vasitələr sınayır, dərmanlar içir. Bunlar da lazımsız şeylərdir.


Beyin qan dövranı pozulub-pozulmamasını nevroloq fiziki müayinə zamanı dəqiq deyə bilər. Ona görə əgər həkim müayinə edib, deyirsə ki, sizdə beyində qan dövranı pozulması yoxdur, sizin hiss etdikləriniz başqa səbəbdəndir, deməli elədir. Özünüzdə xəstəliklər axtarmayın”.