Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkim antibiotiklərdən düzgün istifadəni açıqladı- 3 gün, yoxsa 7 gün?

  • 2023.12.19 16:11
  • 1578 Baxış
Həkim antibiotiklərdən düzgün istifadəni açıqladı - 3 gün, yoxsa 7 gün?
Antibiotiklərdən gələn ən böyük zərər onların sağa-sola istifadəsindən dolayı yarana biləcək mikrob rezistentliyidir. Yəni bir gün gələ bilər ki, bu gün təsir edən antibiotik daha təsir etməz. Çunki həmişə öldürmək istədiyi bakteriya özü də silahlana bilir. Necə ki, penisillin artıq təsir etmir.



"Medicina" xəbər verir ki, bu barədə pediatr Aytən İsmayılzadə antibiotiklərin düzgün qəbulundan və orqanizmi onun zərərindən qorumaqdan danışıb.


" Rezisdentliyə səbəb təyin olunan antibiotikin qısa kurs, az doza ilə verilməsidir. Belə olanda mikrob ölmür, sadəcə yaralanır, sonra özünü bərpa edib, daha güclü şəkildə ayağa qalxır.

- Qısa kurs ( məsələn, 3 gün) və təyin olunan dozadan az verməklə, sonra daha uzun kurs müalicəyə ehtiyac yarana bilir.

- antibiotik 10 gündən az təyin olunubsa, göbələk əlehinə dərman lazım deyil. Onlar da qaraciyərə mənfi təsir göstərə bilir.

- antibiotik içmə şəklində ya inyeksiya (iynə) şəklində yenə də antibiotikdir. Sadəcə, vəziyyətə görə təyinatı dəyişə bilər.

Məsələn, uşaq sirop kimi içmirsə, məcburuq inyeksiya etməyə. Və ya qanda iltihab göstəricisi yüksəkdir, yaxud sətəlcəm, meningit varsa, antibiotik iynəsi vurulmalıdır.

- Antibiotik qəbulu yeməkdən bir saat əvvəl ya bir saat sonra olmalıdır, bəzən valideyn deyir : uşaq heç nə yemir, boş mədəyə necə verim? Amma yeməsə də olar, dərman verilməlidir".



- Antibiotik ilə paralel mütləq probiotik təyin olunmalıdır. Akademik tibbin kitabında yazilmasa da. Bir həftə antibiotik qəbulundan sonra heç olmasa iki həftə probiotik qəbul edilməlidir.

-" Antibiotik zərərlidir, istəmirəm" deyib ağır vəziyyətlərə gətirə bilərsiz. Məsələn, qulaqdan irin axırsa, uşaqda skarlatina varsa, irinli angina varsa, əlbəttə mütləq antibiotik veriləcək.

Hətta hərarətsiz gedən amma yaşıl bəlğəmli bronxit də antibiotik üçün göstərişdir. Digər həyati təhlükəli olan halları saymadım".


Aygün Musayeva