Həftəsonu ictimai nəqliyyatın fəaliyyəti bərpa olunmur
Prezidentin köməkçisi Şahmar Mövsümov həftəsonları ictimai nəqliyyatın işləməməsi səbəbini açıqlayıb.
Medicina.az xəbər verir ki, Ş.Mövsümov bildirib ki, həftəsonu ictimai nəqliyyatın fəaliyyət göstərməsi ilə bağlı məsələ hazırda müzakirə olunmur:
“Şənbə-bazar günlərində ictimai nəqliyyatın işləməməsi səbəbindən yoluxma sürəti aşağı düşür və biz bunun sayəsində yoluxma sürətinə, epidemik vəziyyətə nəzarət edə bilirik”.