Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həftənin hansı günü infarkt çox olur?

  • 2023.06.09 12:15
  • 2014 Baxış
Həftənin hansı günü infarkt çox olur?
Alimlər minlərlə insanın tibbi qeydlərini təhlil edərək, infarktın ən çox baş verdiyi həftənin gününü adlandırıblar.

“Medicina” xəbər verir ki, Belfast Sağlamlıq və Rifah Fondu və İrlandiyanın Kral Cərrahlar Kollecinin həkimləri tərəfindən infarkt ehtimalı baxımından həftənin ən təhlükəli günü müəyyən edilib.


Tədqiqatçılar 2013-2018-ci illər arasında miokard infarktı ilə xəstəxanaya yerləşdirilən 10 mindən çox xəstənin məlumatlarını təhlil ediblər.


Tədqiqatçılar müəyyən ediblər ki, EKQ-də ST seqmentinin yüksəlməsi olan xəstələrin sayı iş həftəsinin əvvəlində, ən yüksək göstərici isə bazar ertəsi günü artır. EKQ-də ST seqmentinin yüksəlməsi kəskin miokard infarktı əlaməti hesab olunur.


Alimlərin sözlərinə görə, orqanizmin yuxu və oyaqlıq dövrləri ilə əlaqə var.

Belə ki, saatların yay vaxtına keçirilməsindən sonrakı günlərdə infarktların daha çox baş verdiyinə dair sübutlar var. Çox güman ki, işə qayıdış səbəbiylə həftə sonu stressi, infarkt riskinin artması ilə əlaqələndirilən stress hormonu kortizol səviyyəsinin artmasına səbəb olur. İnfarkt daha çox qış aylarında və səhər tezdən olur.


Tədqiqat müəllifləri əlavə edirlər ki, insultun tezliyində də eyni təsir müşahidə olunur. Bu məlumat həkimlər üçün çox vacibdir. Bu, xəstəliyin təbiətini daha yaxşı başa düşməyə və nəticədə çox insanın həyatını xilas etməyə kömək edəcək.

Aygün Musayeva