Aparılan araşdırmalara görə, infarkt riskini azaltmaq üçün qozdan faydalanmaq olar.
Medicina.az xəbər verir ki, tədqiqat çərçivəsində bir ovuc qoz yedikdən 4 saat sonra insanların qan damarlarının elastikliyində və xolesterol səviyyələrində yaxşılaşma müşahidə edilib.
Alimlər bildirirlər ki, mütəmadi olaraq qoz yemək və ya qoz yağı içmək infarkt riskini həmiyyətli dərəcədə azaldır.
"Həftədə 4 gün bir ovuc qoz və ya 1 xörək qaşığı qoz yağı istehlak etməklə infarkt riskini əhəmiyyətli dərəcədə azalda bilərsiniz", - Pensilvaniyadakı Penn State Universitetinin professoru, Dr. Penni Kris İterton deyib.
Qoz yağının xüsusilə endotel hüceyrələrinin gücü üçün çox faydalı olduğu sübut edilib. Bu hüceyrələr qan damarlarını əhatə edir və onların elastikliyində mühüm rol oynayır.
Aysel