Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həftədə neçə dəfə şirniyyat yeyirsən? - Hər bir xəstəyə verilməli olan suallar

  • 2022.11.19 15:02
  • 2979 Baxış
Həftədə neçə dəfə şirniyyat yeyirsən?  - Hər bir xəstəyə verilməli olan suallar


ÜST həkimlərə yeni tövsiyələr verib. Tibb işçisi analiz və testləri tələb etməzdən öncə xəstə ilə danışsa çox proqnozlar verə bilər.

"Medicina" xəbər verir ki, ÜST həkimləri bir az diqqətli olmağa çağırıb.

Hər il milyonlarla insan diabet, hipertoniya xəstəliyindən vəfat etmir. Bunların qarşısını almaq olar.


“Siqaret, spirtli içkilərdən istifadə, fiziki fəaliyyətin olmaması və qeyri-sağlam qidalanma sağlamlığı korlayan və xəstəliklərin yaranmasına səbəb olan əsas amillərdir.

ÜST xəstəliklərin risklərini müəyyən etməyə kömək etmək üçün həkimlərə suallar anketi hazırlayıb.
Hər bir müayinəyə gələn pasiyentə bu suallar verilib, dəqiq cavablar alınmalıdır.

* İlk siqaretinizi səhər oyandıqdan nə qədər sonra yandırırsınız?

* Həftədə neçə dəfə şirniyyat yeyirsiniz və ya şəkərli içkilər içirsiniz?

* Nə qədər spirtli içki qəbul edirsiniz?

* Gündə nə qədər vaxtınızı oturaraq və ya uzanaraq keçirirsiniz?

Artıq çəki, oturaq həyat tərzi, alkoqoldan sui-istifadə, qeyri-sağlam qidalanma və fiziki fəaliyyətin olmaması - bunlar ciddi xəstəliklərin inkişafı üçün ən pis beş riskdir.Bu baxımdan həkimin sözü insanları oyada bilər.

Aygün Musayeva