Kolbasa məhsulları mədə - bağırsaq traktına ziyandır. Lakin müəyyən miqdar yeyildikdə ziyan vermir. Hətta bəzi insanlar qrupuna hətta faydalıdır.
“Medicina” xəbər verir ki, həkim – diyetoloq Nuriyyə Dianovanın sözlərinə görə, hər gün kolbasa məhsulları yemək olmaz.
“Yüksək qan təzyiqi və ya ürək çatışmazlığı olanlar, eləcə də yaşlıların menyusundan hazır alınmış kolbasaları çıxarmaq daha yaxşıdır.
Bundan əlavə, kolbasalarda çoxlu əlavələr var ki, bu da onları mədəaltı vəzi və qaraciyərin sağlamlığı üçün potensial təhlükəli edir.
Kolbasa sevən və ondan imtina edə bilməyən insanlar minimum miqdarda keyfiyyətli məhsul almalıdırlar.
Südlü kolbasa və ya sosisi, həftədə bir və ya iki dəfə iki və ya üç gün ara ilə yemək olar. Uşaq və yaşlıların menyusunda yaxşı kolbasa olmalıdır”.
Günay Quliyeva