Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həftədə neçə dəfə duş qəbul etməliyik?

  • 2023.10.14 16:37
  • 1867 Baxış
Həftədə neçə dəfə duş qəbul etməliyik?

Çox insanlar hər gün tərlədiyi və işə təmiz getmək üçün hətta 2 dəfə duş qəbul edir, bol sabun, geldən istifadə edir. Şəxsi gigiyena vacibdir, amma dəriyə bu lazımdırmı?


“Medicina” xəbər verir ki, Nyu-Yorkda dermatologiya kafedrasının dosenti Meri Stivenson hər gün duş qəbul etməyin pis fikir olduğunu bildirib.

“İnsan həyat tərzi və işindən asılı olaraq, həftədə 2-3 dəfə, 2 gündən bir duş almaq yetərlidir.

Əgər siz hər gün qaçırsızsa, idmanla məşğul olursuzsa, hər məşqdən sonra duş almaq normaldır. Burda düzgün yuyunma texnikasına əməl etmək lazımdır.

Bütün bədəni sabunlayıb köpükləmək lazım deyil. Sabun qasıq, qoltuqaltı və ayaqlara vurulsa yetərlidir.

Hər gün gel və sabun istifadə etməkj dərinin immunitetini və təbii müdafiə baryerini pozur.

Ona görə də dəriyə hər gün yuyunmaq xoş deyil”.

Aygün Musayeva