Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həftədə neçə dəfə çimməliyik?

  • 2023.07.31 10:55
  • 1884 Baxış
Həftədə neçə dəfə çimməliyik?
Bəzi insanlar gündə bir və ya iki dəfə duş qəbul etməyin yaxşı olduğunu düşünsələr də, bəziləri həftədə 3 dəfə çimməyin uyğun olduğunu bildirir.


“Medicina” xəbər verir ki, həftədə yalnız iki və ya üç dəfə duş qəbul etmək dermatoloji baxımdan tövsiyə edilir.

Həkim – dermatoloq Qriqoriy Qoldinin sözlərinə görə, təbii ki, bu insanın həyat tərzi, dərisi, yaşı, həmçinin fəaliyyət səviyyənizdən asılıdır.


“Çox tez-tez duş almaq quru dəri və ekzema kimi dəri problemlərinə səbəb ola bilər. Vücudunuzun həddindən artıq təmizlənməsi dərinizi daha quru edə bilər.


Bununla belə, gündəlik duş qəbul etmək sağlamlığınızı yaxşılaşdırmır, dəri problemləri və ya digər sağlamlıq problemlərinə səbəb ola bilər.


Bundan əlavə, şampunların, kondisionerlərin və sabunların tərkibindəki yağlar, ətirlər və digər əlavələr allergik reaksiyalar kimi problemlər yarada bilər.

Çoxumuz hər səhər duşda oyanmaqdan həzz alsaq da, bu, uzunmüddətli dəri sağlamlığı yaxşı seçim olmaya bilər. İsveçli dermatoloqların fikrincə, duş qəbul etmək üçün ən yaxşı vaxt fiziki fəaliyyətin bitdiyi axşamdır. Bu zaman gün ərzində çirklənmiş dəridən xilas olacaqsınız”.

Günay Quluzadə