Gənclərdə və ofis işçilərində depressiyanın bir səbəbi də normadan artıq iş saatıdır.
"Medicina" xəbər verir ki, stresli işdə əlavə olaraq iş saatlarının da artıq olması depressiyanı 2 dəfə artırır.
Bu nəticəyə Miçiqan universitetinin alimləri gəlib.
Qeyd olunub ki, həftəlik norma hesab olunan 40-45 saatdan artıq iş saatı depressiyanı 2-3 dəfə yüksəldir
Bəzən gənclər işdə həftədə 60-70 saat vaxt keçirir, əlavə iş saatları işləyir, ikinci növbə iş düşünür.
Amma işə nə qədər çox saat sərf edirsizsə, depressiya simptomları şkala üzrə bir o qədər yüksəlir.
Çox işləyənlərdə bu və ya digər formada psixi pozulmalar diaqnoz olunur, iş o həddə çatır ki, onlara professional müalicə laızm olur.
Xüsusən həkimlərdə və gecə növbəsi çalışanlarda yorğunluq və depressiya daha çox rast gəlinir.
Hansı növbədə necə işləyirsizsə işləyin, həftəlik 40-45 saatı aşmayın.
Aygün Musayeva