ABŞ-ın İllinoys ştatından olan modelyer Emi Conson şəxsi biznesinin çiçəkləndiyi vaxtda həkimlər onda yumurtalıqların aqressiv forma karsinoma diaqnozu qoydular. Yumurtalıqların təcili alınması əməliyyatı labüd idi.
Bu vaxta kimi həyatında az halda xəstələnən, özünü sağlam, gümrah hesab edən gənc qadın buna inanmır.
Medicina.az xəbər verir ki, yumurtalıq və uşaqlığın tam götürülməsi əməliyyatından sonra həkimlər ona
kimyaterapiyaya başlamaq məsləhət görürlər ki, xərçəngə qalib gəlmək şansı artsın. Eləcə də qadında qalxanvari vəz xəstəliyi Haşimoto da aşkarlandı.
Lakin Emi bilirdi ki, kimya ilə müalicə onluq deyil. Müalicədən imtina edə bilmək hüququ olduğunu bildikdə o, öz üçün 1 illik Qerson terapiya – yüksək miqdarda meyvə tərəvəz şirələri metodikasını seçir.
Bu terapiya enerji artıran və immun sistemi möhkəmləndirən üsuldur.
Meksikada yerləşən Qerson institutunda 2 həftə kurs keçərək metodu dəqiq öyrənən Emi gündə 10 kq meyvə-tərəvəz şirələri hazırlayıb içməyə başlayır.
Eləcə də qəhvə ilə bağırsaqların imaləsini edir.
Şirələr ilk 10 gündə orqanizmi detoks edir.
Qerson terapiyada xəstə hər bir saatdan bir 1 stəkan şirə içir. Bu, günə 12-13 stəkan edir.
1 il ərzində Emi həftədə 40 kq kök, alma, kahı, Roman salat yarpaqları, çuğundur və s. qəbul edir.
ABŞ Milli Onkoloji İnstitutu bu metodu tənqid edir və əsaslı kliniki sübutlar olmadığı üçün xərçəng xəstələrinə müalicə üçün məsləhət etmir.
Eləcə FDA bu metodu xərçəng və digər xəstəliklərin müalicəsində əsas hesab etmir.
Xəstələr meyvə-tərəvəz şirəsi qəbul edə bilər, bir şərtlə ki, əsas dərman və kimya müalicəsini də alsınlar.
Emi Conson da bildirir ki. bu terapiya hər xərçəng xəstəsini xilas etməz. Onun diaqnozunda işə yarayıb və 2 ildir ki, o remissiyadadır.
“Mən indi də şirəçəkəndə hər gün müxtəlif şirələr çəkirəm. İstəyirəm insanlar bilsin ki, bu dəhşətli diaqnozu alsalar da, həmişə xilas yolu və seçim var. Mənim müalicəm nəinki xəstəliyə qalib gəldi, həm də həyatımı dəyişdi. Mən sanki yenidən doğuldum, necə yaşadığıma daha diqqətli yanaşdım”.