Dünyada hər il 17.5 milyon insan ürək-damar xəstəliklərindən həyatını itirir.
Medicina.az xəbər verir ki, mütəxəssislər bu rəqəmin 2030-cu ilə qədər 23 milyonu keçə biləcəyini vurğulayırlar. Ona görə də ürək sağlamlığı üçün bunları etmək önəmlidir:
Fiziki aktivliyin azlığı böyük risk yaradır
Hərəkətsiz yaşam tərziniz varsa, bunu dəyişdirməlisiniz. Fiziki aktivliyin azlığı və gün ərzində stol arxasında qalxmadan işləmək ürək üçün böyük riskdir. Ürəyin ən böyük düşməni hərəkətsizlikdir. Buna görədə həftədə ən azı 3 gün 45 dəqiqə mütəmadi gəzintiyə çıxın.
Önəmli olan stressi nəzarətdə saxlamaqdır
İnsan stressə nə qədər təslim olarsa, ürək və damarın məruz qaldığı stress də o qədər çox olur. Stress orqanları daha tez qocaldır.
Artıq çəkinizdən qurtulun
Köklük özü tək başına önəmli bir xəstəlik olub, ömrü qısaltmaqla birlikdə xərçəngə qədər bir çox xəstəliklərə apara bilər.
Siqareti atın
Başda siqaret olmaqla bütün tütün məhsulları ürək üçün zərərlidir.
Check-up etdirin
Genetik risk faktoru olanlar 30, olmayanların isə 40 yaşlarından etibarən check-up etdirmələri önəmlidir.