Həddindən çox məşq diş sağlamlığına mənfi təsir edir. Medicina.az xəbər verir ki, bu barədə "The Telegraph” məlumat verib. Bildirlir ki, araşırmaya London universitetindən Dr. Julie Gallagher başçılıq edib.
Yoxlamalara Olimpia iştirakçıları daxil olmaqla 352 peşəkar idmançı qatılıb. Araşdırmada ifrat dərəcədə fiziki məşqlər edənlərin, dişlərinə problemlərin olduğu təsdiqlənib. Mütəxəssis idmançıların gündə iki dəfə dişlərini fırçalamaqlarına baxmayaraq dişlərində problemlər aydın formada müşahidə edilib.
İnformasiyaya görə, məqşlərlə immunitet sistemində və ağız suyunda baş verən dəyişikliklər bu kimi diş problemlərinə səbəb olub. Yüksək şəkərli enerji içkiləri və qidalar da professional idmançıların diş sağlamlığının pisləşməsinə təsir edir.
Bu fikirdə olan mütəxəssislər bildirib ki, idmançıların 49,1-də ciddi diş çürükləri müşahidə edilir, futbol, reqbi, velosiped, akademik avarçəkmə və gimnastika daxil 11 fərqli istiqamətdə professional idmanla məşğul olanların 32%-nin dişləri sağlam deyil.
Ayna Məmmədova
Medicina.az