Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həddən artıq isti hava beyin və damar xəstəlikləri riskini artırır - Professordan xəbərdarlıq

  • 2024.06.20 23:23
  • 1067 Baxış
Həddən artıq isti hava beyin və damar xəstəlikləri riskini artırır -  Professordan xəbərdarlıq
Prof. Dr. Şerefnur Öztürk həddindən artıq isti havanın beyin və damar xəstəlikləri riskini artırdığını açıqlayıb.

Medicina.az xəbər verir ki, o, Dünya səviyyəsində 21-ci əsr üçün ən böyük təhlükə hesab edilən iqlim dəyişikliyinin mövsüm normalarının üzərində temperaturlara səbəb olduğunu xatırladıb.

Professor isti havalarda damarların genişləndiyini, tərləmə sürətinin artdığını, orqanizmdə maye miqdarının azaldığnı və qanın daha çox laxtalandığını diqqətə çatdırıb.

“Qan təzyiqində artım, ürək ritmində pozuntular baş verə bilər. Bütün bunların nəticəsində insult və serebrovaskulyar tıxanmalar ciddi dərəcədə artır", - deyə professor xəbərdarlıq edib.

Öztürk qeyd edib ki, həddindən artıq istilərlə yanaşı hava çirkliliyi də beyin və damar sağlamlığını təhdid edir:

“Hər il dünyada təxminən 12 milyon insan çirkli hava və iqlim dəyişikliyi səbəbindən ölür. Bunların 2,5 milyonu beyin-damar sistemi xəstələridir. COVID dövründə çox narahat olduq, əslində isə bu, daha böyük təhlükədir. Mütləq həyəcan təbili çalınmalı və ehtiyyat tədbirləri görülməlidir”.

Öztürk həddindən artıq istidən qorunmağın yollarından da bəhs edib:

“Bol maye qəbul etməliyik. Harada olmağımızdan asılı olmayaraq maye qəbulumuza heç vaxt laqeyd yanaşmamalıyıq.

Ağır, həzmi çətin olan qidalardan uzaq durmaq lazımdır. Daha çox tərəvəz, meyvə və yüksək maye tərkibli qidalar istehlak etməliyik. Mümkün qədər havanın ən qızmar olduğu saatlarda çöldə vaxt keçirməkdən çəkinməliyik.

Özümüzü qorumaq üçün mütləq şəxsi ehtiyat tədbirləri görməliyik. Günəşdən qoruyucu geyim və aksessuarlardan istifadə etməli, soyuq içkilərlə bədən istiliyimizi mümkün qədər aşağı salmağa çalışmalıyıq”.


Aysel