Hər gün kifayət qədər yatmaq sağlamlıq üçün çox vacibdir. Bunu Norveç alimləri təsdiqləyiblər. Eyni zamanda məlum oldu ki, kifayət qədər yuxu almamaqla yanaşı çox uzun yatmaq da zərərli ola bilər.
“Medicina” xəbər verir ki, Frontiers in Psychiatry jurnalında dərc olunan tədqiqatın müxbir müəllifi həkim İnqeborq Fort bildirib ki, biz birinci dərəcəli xəstələr arasında bu əlaqəni qiymətləndirmək istədik, onların ümumi əhaliyə nisbətən daha çox yuxu problemi var.
Artıq yuxu problemlərinin yoluxma riskini artırdığına dair sübutlar var. Əvvəlki araşdırmada qəsdən rinovirusa yoluxdurulmuş insanlar üzərində aparılan təcrübə göstərdi ki, insanlar sağlam yuxuya getdikdə az xəstələnir, tez sağalır.
Əgər infeksiya və yuxu problemləri arasında əlaqəni təsdiq edə bilsək, antibiotiklərin istifadəsini azalda və insanları infeksiyalardan qoruya bilərik. Ancaq eksperimental tədqiqatlarda real həyat şəraitini təkrarlamaq mümkün deyil.
Az və ya çox yatan xəstələr arasında infeksiya riskinin yüksək olması o qədər də təəccüblü deyil. Çünki infeksiyanın olması həm zəif yuxuya, həm də yuxululuğa səbəb ola bilər.
Ancaq xroniki yuxusuzluqdan əziyyət çəkənlər arasında yoluxma riskinin yüksək olması bu əlaqənin də tərsinə işlədiyini göstərir. Çünki az yatmaq orqanizmi infeksiyaya daha həssas edə bilər.
Günay Q.