Hər bir insan səhhəti ilə bağlı hər hansı şikayəti olmasa belə, ildə bir dəfə ümumi skrininq, çek-aplardan keçməlidir.
Bakupost.az xəbər verir ki, həkim terapevt Anastasiya Şustova bəzi xəstəliklərin simptomsuz keçdiyini nəzərə alaraq, vaxtında qarşısını almaq üçün profilaktik tədbirlərdən danışıb.
O bildirib ki, 40 yaşından sonra qanın klinik analizi ildə 1-2 dəfə, diabet riskini bilmək üçün isə qanda aclıq şəkər səviyyəsi və qlikohemoqlobin analizi - ildə bir dəfə verilməlidir.
Bundan başqa, QİÇS, VİÇ, hepatit analizləri - 18 yaşdan yuxarı hər kəs ildə bir dəfə,
Lipid profilli analiz - triqliseridlər, xolesterin, LDH analizi - bütün sağlam və ya qeyri-sağlam kişi və qadınlara ildə 2 dəfə,
Həkim tərəfindən arterial təzyiq, saturasiya, nəbzin ölçülməsi - ildə 2 dəfə,
Ürəyin EKQ-si 35 yaşdan sonra ildə 1 dəfə, ağciyərlərin flüqrafiyası - 2 ildə bir dəfə
Dəridəki iri xallar, papiloma, ət xalların dermoskopiyası - 40 yaşdan sonra hər il
Gözdaxili, gözdibi təzyiq - 40 yaşdan yuxarı ildə 1 dəfə
Qarın boşluğu bütün orqanların USM müayinəsi - ildə bir dəfə
Bütün siqaret çəkənlər ağciyərlərin tomoqrafiyası KT - 2 ildə bir dəfə, 45 yaşdan yuxarı bütün kişilər prostat xərçənginə qarşı PSA analizi - ildə 1 dəfə, 35 yaşdan yuxarı bütün qadınlar ildə bir dəfə süd vəzilərin müayinəsi, PAP test yaxma analizi verməlidir.
Bu müayinələr orqanizmdə xəstəliyə doğru dəyişimləri vaxtında görməyə və effektiv müalicə etmətə kömək edir.
Aygün Musayeva
BakuPost