mw
Bu günlər Vitamin D qəbulu vacibdir. TƏBİB də evdə mualicə alacaq insanlar uçun mualicə protokolunda Vitamin D qeyd edib. Gunaşırı 20000 BV( beynəlxalq vahid) immunitetə dəstək məqsədilə.
Medicina.az xəbər verir ki, həkim pediatr Aytən İsmayılzadə koronavirusa qarşı vitamin D və dozası barədə məlumat verib.
"Gundəlik 10000 vahid də qəbul etmək olar. Bu nə deməkdir Yəni deyək ki, əlinizdə bir D vitamini var və onun da bir damcısında 1000 vahid var. Məsələn, Vigantol. Deməli siz ondan 10 damcı istifadə edəcəksiz. Amma Vigantol bahadır.
Başqa Vitamin D olsa da olar, əsas dozasıdır. Kapsul formada olanlar da olur. Yəni bir damlada ya bir kapsulda 500-1000 vahid olur. Bunu nəzərə alıb yola çıxacağıq. Məsələn, Akvadetrim D 3 bir damcısında 500 BV var.
Amma mualicəyədək də immunitetə dəstək lazimdir. Ən çox soruşulan sual da budur. B
Profilaktik məqsədlə gunə 5000 BV vitamin D qəbul edə bilərsiniz. İnandırım sizi ki, biz bu koronavirus epidemiyasından sonra qışda qrip filan tutmarıq, uşaqlar da raxit olmaz, çunki hamilələr də koronavirus qorxusundan normal qəbul etməəı başlayıb. Yaşlı insanlarımıza vitamin D onsuz da həmişə lazımdır. Yaydır, Günəş var deməyin.
Günəş bu adamların dərisini tapdımı ki, vitamin D də yaratsın. Hələ tünd dəridə lap gec yaranır. Kişilərimiz, qadınlarımız qapalı geyinir. Xaricdə olan kimi şortik-mayka geyimi bizdə geniş deyil. Vitamin D uzanmış vəziyyətdə, kifayət qədər açıq dəridə, doğru gunəşlənmə saatında və buna ayrılmış kafi vaxtda normal miqdarda yaranır. Əks halda vitamin D əskikliyi yaşayırıq.
Vitamin D reseptorları immun huceyrə olan limfositlər üzərində aşkarlanmışdır. Limfositlər isə virusla mubarizədə vacibdir. Vitamin D-nin hələ bizə məlum olmayan çox təsirləri mövcuddur. Vitamin D seçərkən tablet,maye forması, istehsal markası önəmli deyil. Əsas doza duzgun olsun. Doza üçün içlyinə baxın. Y
Vitamin D artıqlığı böyrəkdə daş yaranmasına gətirər. Amma böyrəyinizdə daş olsa belə, bu aralar heç olmasa 10-15 gun vitamin D balansınızı doldurmaqda bir zərər olmaz.