Uzun illərdir ki, Avropa, Amerika müalicə protokollarında yer almayan, ordakı həkimlərin tanımadığı dərmanların keçmiş SSRİ, indiki MDB və bir sıra üçüncü dərəcəli ölkələrdə reklamı, satışı və təyini barədə fikir ayrılıqları, mübahisələr davam edir. Çox həkimlər Rusiya bazarlarında aktiv reklam olunan və satılan dərmanları ya bilərəkdən, ya da bilməyərəkdən pasiyentlərinə yazır. Daha çox Sovet dövründə çalışmış həkimlər vərdiş etdiklərindən və müasir preparatlardan xəbərdar olmadıqlarından Ümumdünya Səhiyyə Təşkilatının saytında belə yer almayan dərmanları reseptə yazır. İş ondadır ki, bu dərmanlar apteklərimizdə də var, problemsiz satılır.
Efektivliyi və müalicəsi elmi araşdırma, elmi jurnallarda kliniki laboratoriya analizləri ilə sübut olunmayan onlarla dərman preparatlarını siz də tanıyın. Onlardan çoxu müasir təbabətdə artıq qadağan olunub. Boş dərmanlara boşuna pul xərcləməyin. Orqanizmə onların bir faydası yoxdur. Qısa müddətli effekt isə plasebodur, yəni öz-özünü inandırmaq.
- AKTOVEGİN – 2011-ci ildən Kanada, ABŞ, Avropada qadağan olunub. İstehsalçı nə qədər çalışsa da bu dərmanın effektivliyini sübut edə bilmədi. Amma bir yolla Rusiya bazarında qala bildi. Aktovegin damarların açılması, keçiriciliyini artırmaq və qan dövranını yaxşılaşdırmaq üçün təyin olunur. Xüsusən ateroskleroz, işemik insult, hamilə qadınlar və şəkər xəstələrinə yazılır. Effekti yoxdur. Amma bizim çox cərrah və terapevtlərin sevimli dərmanıdır.
- SEREBROLİZİN – elə xəstəxana, reanimasiya yoxdur ki, bu dərmanı təyin etməsin. Beyin insultu, infarkt keçirən xəstələrə birinci təyin edirlər. 2010c-cu ildə bu preparatın təsiri barədə kliniki araşdırmalar sübut etdi ki, o xəstədə yaxşılığa doğru heç bir təsir etmir.
- ARBİDOL , İNQAVİRİN – 1960-cı illərdə SSRİ-də yaradılıb. A – B qrip virusları əleyhinə idi. Lakin böyük kliniki sınaqlar onun effektivliyini sübut etmədi. SSRİ dövründə aparılan bu araşdırmaların nəticələri isə dərc olunmadı. Amerika və Avropa bu preparatı qeydə almaqdan imtina etdi.
- TAMİFLYU, RELENZA – son illərdə yayılmış qrip epidemiyası ilə bağlı yaranmış və reklam olunan dərmanlar heç bir effekt vermir. Tamiflyu böyrəklərə əks təsir edib, qanda şəkəri artırır, həmçinin psixi gərginlik yaratmaq kimi təsiri var.
- AMİKSİN, TİMALİN, VİFERON, ANAFERON, İNQARON, ÇİKLOFERON, ERSEFURİL, İMUNOMAKS, ENQİSTOL, İMUDON – bütün immunomodulyatorlar yalnız Rusiyada satılır, ordan da MDB dövlətlərinə yayılır. 400 adda immunitet üçün dərmanların 90%- effektsizdir. 2010-cu ildə " İnsan və dərman” konqresindeə tibb elmləri namizədi İrina Andreyevna məruzə etdi ki, immunomodulyatorların effektivliyi və zəruruliyi kliniki araşdırmalarda sübut olunmayıb. Halbuki bu dərmanları uşaqdan –böyüyə hər kəsə çox xəstəliklərdə reseptə yazırlar. Zəifləmiş immunitet və onu yüksəltmək imkanlarının olmasıbarədə konsepsiyanın özü çox mürəkkəb immun sistemi barədə eybəcər bir fikirdir. Heç bir preparat immuniteti qaldıra bilməz.
Viferon şamlarından istifadə edən hamilə qadınların dünyaya gətirdiyi uşaqların qanında onkoloji xəstəliklərin göstəriciləri yüksək olub.
- ESSENSİAL, KARSİL – qaraciyəri guya bərpa edən bu preparatları bizdə hepatit, sirroz xəstələrinə də yazırdılar. Halbuki Amerika, Avropa, Avstraliya həkim və cərrahlarının praktiki protokollarında bu dərmanların heç birinin adı yoxdur. Adıçəkilən dərmanların qaraciyər toxuması və funksiyasına heç bir müsbət təsiri sübut olunmayıb. Hepatitlərdə isə onu qəbul etmək olmaz.
- LİNEKS, HİLAK FORTE, BİFİRORM, BİFİDOBAKTERİN – disbakterioz diaqnozu olmadığı kimi, onu aradan qaldırmaq üçün satılan bu dərmanlara da gərək yoxdur. Amma bu dərmanlar bizim pediatrların sevimli dərmanıdır. Guya probiotiklər mikroflorası pozulmuş bağırsaqları düzəldir. Lineks ölü dərmandan başqa bir şey deyil. Probiotik preparatlar müxtəlif ştamlı bakteriyaları birləşdirir. Hansı xəstəyə hansı bakteriyanın hansı dozada lazım olduğu isə məlum deyil.
- MEZİM FORTE – pankreatit, mədəaltı vəz, mədə xəstəliklərində bizim həkimlərin birinci yazdığı dərmandır. Sovet dövründə də dəbdə idi. Lakin 2009-cu ildə Ukraynada Dövlət Farmakoloji Mərkəzin keçirdiyi farmanalizdə bu dərmanın effektinin sıfır olması sübut olundu. Bir dərman ki, hamıya düşərlidir, deməli, o heç kimi sağaltmır. Düzdür, dərman istehsalçı şirkət bu rəy ilə razılaşmır, amma fakt odur ki, Avropa və Amerikada bu preparat dəbdə deyil.
- KORVALOL, VALOKORDİN, VALOSERDİN
Bu tip ürək, əsəb sakitləşdirici dərmanların tərkibini Fenobarbital təşkil edir. Bu maddə orqanizmdə çox dövr etdiksə yüksək toksiklik yaradır. Narkotik təsiri var, dərmandan asılı vəziyyətə salır. Çox Avropa ölkələrində fenobarbital çox nadir hallarda istifadı olunur və ya qadağan olunub. Bu dərmanlardan aşırı istifadə edənlərdə qaraciyər, ürək, beyin zədələnmələri baş verir.
Effektsiz dərmanlar siyahısı bununla bitmir:
- Pirasetam, Fenibut, Amibalon, Sinnarizin, Pikamilon kimi nootroplar – nevroloqlar, psixiatrlar çox yazır.
- Kokarboksilaza, Riboksin – kardioloqlar, ginekoloqlar və terapevtlər yazır
- Vinpoçetin – Kavinton – dərmanları az öyrənilib, Amerika və Avropada BAD hesab olunur.
- Trombovazim – miokard infarktı, venoz problemlərdə, varikozda istifadə olunur.
- Vobenzim - əgər təlimatına inansaq hepatitdən tutmuş onkoloji xəstəliklərə kimi guya kömək edir. ABŞ_da bu dərmanı qeydiyyata almaqdan imtina olunub.
- İnstenon, Sinnarizin, Flunarizin – 1970-ci illərdən tətbiq olunmur, dayandırılıb. Amma hələ də yazanlar var.
- Flunarizin
- Vitamin və mikroelementlər – dünyada ən böyük bazardır. Amma effekti çox azdır, demək olar yoxdur.
- Validol – tibbdə nanəli konfet rolunu oynayır. Müalicə etmir.
- Meksidol, Fenotropil – dopinq təsirlidir. Dünyada təyin olunmur.
- Çitoxrom C, Adenozin, Nikotinamid, Kvinaks, Taurin – göz preparatlarıdır. Effektivliyi sübut olunmayıb
- Essensiale, Livolin – qaraciyərə faydası yoxdur.
- Novo-passit – psixotrop dərmandır, həyəcanı azaldır, amma inkişaf etmiş ölkələrdə bu dərman yoxdur.
- Erespal – sirop variantı allergiyası və bronxial astması olanlara qadağandır. Bronxospazm verir.
- Diokidin – uşaqlara qadağandır. Toksiki təsiri var. Zərəri çoxdur.
- Bioparoks, kudesan – yalnız siçanlar üzərində sınanıb, geniş kliniki araşdırması və effektivliyi yoxdur.
Bu dərmanların çoxunda plasebo effekti ola bilər. Yəni insan öz-özünü inandırır ki, təsir etdi. Bu təsir isə qısamüddətlidir.
Dərmanları almazdan əvvəl reseptinizi incələyin və belə dərmanlara pul xərcləyib, vaxtınızı boşuna keçirməyin və mütləq həkiminizi dəyişin.
AYGÜN MUSAYEVA
Maqnisan necə dərmandlr
Hansi dermanlar yagwidi?