Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Heç kimin ağlına gəlməyən gizli xəstəlik: METAL ZƏHƏRLƏNMƏSİ - Toksinlərdən necə xilas olaq?

  • 2018.10.02 17:22
  • 31851 Baxış
Heç kimin ağlına gəlməyən gizli xəstəlik: METAL ZƏHƏRLƏNMƏSİ -  Toksinlərdən necə xilas olaq?
Hər insan, xüsusən şəhər mühitində yaşayanların orqanizmi daima zərərli metal və toksinlərə məruz qalır. Bunlar su, qab-qacaq, müxtəlif metallarla təmas, hava, iş, peşə və s. yollarla insan bədəninə ağız boşluğu, tənəffüs və dəri ilə daxil olur. 


Ağır metallarla zəhərlənmiş insan özünü çox yorğun, əzgin hiss edir, enerjisi olmur, həzmi pozulur, müxtəlif xəstəlikləri olur. O, müxtəlif həkimləri gəzir, müalicələr alır, bir az düzəlir, sonra hər şey yenidən qayıdır. Və ömür boyu həkim qapılarında qalır. Qəbul etdiyi dərmanlar isə qaraciyəri və bədəni əlavə yükləyir. 


Yəqin ki, heç biriniz həkim qəbulunda olarkən bədəndə olan artıq, ağır, zəhərli metalların müayinəsi və çıxarılması, orqanizmin detoksiyasiyası barədə bir söz  eşitməmisiz. Çox az həkim bu məqama diqqət yetirir. Və demək olar ki, nadir həkim müalicəyə detoksiyası ilə başlayır. Axı daxil təmizlənməsə əlavə müalicənin faydası olmayacaq. 



Azərbaycanda drenaj-detoksiyasiya və ağır metallardan təmizlənmə ilə ciddi və dərindən məşğul olan Bioloji Təbabət klinikasının öz müayinə və bioloji müalicə metodları var. Klinikanın bu sahə üzrə həkimi terapevt Sevinc Zeynalova ağır metalların sağlamlığımıza nə kimi təsir etdiyindən və bu zəhərlərdən xilas metodları barədə Medicina.az –a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

 

 Civə ilə yüklənmə güclü baş ağrıları, miqren, baş gicəllənmələri verir. 


Kadmiylə zəhərlənmə isə sümüklərin sıxlığını pozur, sümükləri zəiflədir, kalsium mübadiləsini pozur.

 

 



-Sevinc xanım, ağır metallar dedikdə nələr nəzərdə tutulur və onlardan hansılar bizə daha çox mənfi təsir göstərir. Xəstənin ağır metallarla zəhərləndiyini necə təyin edirsiz?


-Nəinki insan, bütün canlıların orqanizmi biosferadan ağır metallarla çirklənməyə məruz qalır. Ağır metallar ətraf mühiti çirkləndirir, genetik mutasiyalar, peşə xəstəlikləri, onkologiya, ürək-qan damar xəstəlikləri yaradır. Bir çox dəri xəstəlikləri də bundan qaynaqlanır. Ağır metallar immuniteti aşağı salır.  Elə səbəbi məlum olmayan, yaxşı aşkarlanmayan xəstəliklər var ki, onlar ağır metallara gedib çıxır. Ağır metallar ömür boyu bizimlə yol yoldaşıdır. Ona görə bu məsələyə ciddi yanaşmalıyıq. Bədəndə olan xroniki zəhərlənmələrin kökündə də ağır metallar durur.  

 

 



Orqanizmə ən çox ziyan vuran metallar: civə, xrom, kadmiy, kükürd, aliminumdur. Civə ilə zəhərlənmə civə buxarı ilə baş verir. İnsan həmin an heç nə hiss etmir. Amma atmosferə sürətlə buxarlanan civə tənəffüs yollarımıza çökür, mədə-bağırsaq xəstəliklərinə səbəb olur, qaraciyəri, böyrəyi yükləyir. Evdə termometr sındıqda dağılan civədən buxarlanan zəhər heç yerə getmir, azı 1 ay havada olur və orqanizmə daxil olur. Termometr sınmağına ciddi yanaşmaq lazımdır, elektron termometrlərdən istifadə edin.  Civə ilə yüklənmə güclü baş ağrıları, miqren, baş gicəllənmələri verir. 


Kadmiylə zəhərlənmə isə sümüklərin sıxlığını pozur, sümükləri zəiflədir, kalsium mübadiləsini pozur, osteoporozu sürətləndirir,  oynaqlarda ağrılar yaradır, sonda ağır sınıqlar müşahidə edilir. Dəmirin mübadiləsini də pozduğuna görə xroniki anemiyalara səbəb olur. Çox vaxt qanazlığını müalicə edirlər, amma effekti olmur, çünki kadmiylə zəhərlənmə diqqətdən qaçıb. 

Kadmiy avtomobil tullantılarından havaya atılır, tənəffüs yolu ilə keçir. 


Mişyak - əvvəllər diş müalicəsində siniri öldürmək üçün uşaqdan böyüyə hamıya istifadə olunurdu. Onun təsiri  indi-indi büruzə verir. Mədə-bağırsağı, mədəaltı vəzini sıradan çıxarır, qaraciyəri zədələyir, yanaşı olaraq tənəffüs yollarının spazmı, ağır boğulma və qəfləti ölümə gətirib çıxara bilər. Ona görə bu maddənin stomatologiyada tətbiqi qadağan olunub. Amma insanlarımızın bədənində o vaxtdan qalıb. 


Qurğuşunla zəhərlənmələr ağır metallarla işləyən, sexlərdə, zavodlarda çalışan insanlarda çox rast gəlinir. O da buxarla keçir.  Bu insanlar əsəbi, aqressiv olur, öddə, qaraciyərdə xəstəliklər olur. Daim yorğun görünürlər.


Ümumiyyətlə, xəstə halsızlıq, xroniki yorğunluqdan şikayətlənirsə, onun ağır metallarla təması yoxlanmalıdır. 

Alüminium qazanlardan da alüminium tozu keçir, bu da zərərlidir. İndi belə qazan və qaşıqlar yığışdırılıb. 


Son vaxtlar xəstələrimdə dişlərdə olan ağır metalları görürəm, bu da titan dişlərdir. Kimin ki, qızıla, keramikaya gücü çatmır, titan dişlər qoydurub. Bu da çox zərərlidir və zəhərlənmə verir.  Hər dəfə insan tüpürcəklə o titanın zəhərini udur, bu da mədə-bağırsaq, qaraciyər xəstəliklərinə səbəb olur. İnsanlara titan dişlərdən uzaq durmağı məsləhət görürəm. 


Bizim klinikada xüsusi aparat və qanın qaranlıq sahəli analizi ilə metal yüklənməsini təyin edirik. 

 


 

 


 Bədəndə infeksiya və intoksikasiya olanda limfa sistemi yüklənir, limfalar böyüyür.

Əgər insanda limfatik düyünlər böyüyürsə, deməli o insanda toksikasiya güclüdür 



-Tutaq ki, bir insan bu metallarla zəhərlənib və ürəyi, mədəsi, qaraciyərindən şikayəti var. O, istər dövlət, istər özəl klinikalarda həkimlərə gedib, bu problemlər üzrə müalicə alsa, faydası olacaqmı?


-Xeyr, əgər bədəndən bu qalıqlar təmizlənməsə, müalicə olmayacaq. İllərlə müxtəlif həkimləri gəzəcəklər. Bioloji təbabətdə ağır metalları təmizləyən xüsusi preparat var, biz onu xəstəyə ehtiyatla təyin edirik. Biz oxşarı oxşarla müalicə edirik. Doza mütləq nəzarətdə olmalıdır. 

İnsanı ağır metallardan təmizlədikdə, mütləq ilkin mərhələdə müəyyən narahatçılıqlar verə bilər: ürəkbulanma, qusma, diareya, qızdırma, dəridə qəpiklər. Bunlar da təmizlənmənin getdiyini göstərir. 


Biz detoks terapiyadan istifadə edirik, bunlar xüsusi sistemlərdir. Adi damcı şəklində də flakon var. Ağız boşluğundan tutmuş bağırsaqlara kimi toksinlərdən təmizləyir. Hətta nikotin və alkoqol zəhərlərini də orqanizmdən çıxarır. Öd yolları və böyrəkləri, limfa sistemini də təmizləyirik. Bədəndə infeksiya və intoksikasiya olanda limfa sistemi yüklənir, limfalar böyüyür. Əgər insanda limfatik düyünlər böyüyürsə, deməli o insanda toksikasiya güclüdür və artıq limfa sistemi təmizlənmə funksiyasını yerinə yetirə bilmir.

 

Hazırda limfa sistemi normal işləyən pasiyent demək olar ki, yoxdur. Son zamanlar xəstəliklər zamanı hərarət müşahidə olunmur. Xəstə deyir ki, qripəm amma qızdırmam 37-dən yuxarı qalxmır. Əslində qızdırmanın olması yaxşı əlamətdir, deməli, immunitet mübarizə aparır. İstənilən infeksiyanı yüksək hərarət öldürür, bədən qızmalıdır. Əgər bədənin qızma funksiyası pozulubsa, orqanizm mikrob, virus və infeskiya qarşısında aciz qalır. Biz xəstələrə deyirik ki, 38-38,5 hərarəti dərmanla salmasınlar, olmaz. Dözsünlər.

 

Biz drenaj detoksiya sistemini xəstəyə tətbiq etdikdə, 1 gün sonra xəstədə qızdırma qalxa bilir. Niyə? Deməli, immun sistem işə düşür, mübarizə aparır. İmmunodrenaj preparatı ishal, güclü tərləmə ilə də toksinləri xaric edir. Bunlar əslində, çox yaxşı əlamətlərdir. 3-5 gün dözüb, yataq rejiminə riayət edir, nəzarət edir, sonra hər şey düzəlir. 


-Bəs qidalardan, sudan metallar keçir?


-Bəli, balıqlardan çox keçir, əsasən dəniz  və okean balıqlarından. Bu da dəniz və okeanın insanlar tərəfindən metalla çirkləndirilməsinə görədir. Biz xəstələrimizə deyirik ki, çay balıqlarından yesinlər. Çünki çay axar sudur, metalla yüklənmə azdır. Polietilen, qara rəngdə sellofan torbalardan da zəhərlənmə keçir. Həmçinin indi dəbdə olan plastik qablar da orqanizmi zəhərləyir. Bir də meşə göbələklərində, tütündə, qəlyanda ağır metallar olur. 


-Sevinc xanım, ağır metallar atadan, anadan uşağa keçə bilərmi? Evlənməzdən öncə digər müayinələr kimi toksin və metallarla yüklənməni də yoxladıb, təmizlənmək lazımdırmı? 


-Bəli, hər iki gənc həkimə müraciət edib, uşaqlıqda keçirdikləri ağır xəstəliklər, genetik pozulmalar barədə həkimə məlumat verməlidir. Çünki bu xəstəliklərin informasiyası bədəndə qalır. Genetik analizlər verilməlidir. Toksinlərin,  metalların qanla anadan dölə keçməsi mümkündür. Və bu da uşaqda sinir, nevroloji xəstəliklər, əqli inkişafdan qalma kimi problemlər, mədə-bağırsaq xəstəlikləri yaradır. Civə ilə zəhərlənmə varsa, serebral iflicli uşaq doğulmasına səbəb ola bilər, autizm verə bilər. 


Ona görə qadın ana olmazdan əvvəl bədəni metallardan təmizlənməlidir, immuniteti güclənməlidir, sonra hamilə qalmalıdır ki, sağlam uşağı doğulsun. Əgər kişilər işləri ilə bağlı  ağır metallarla təmasdadırsa, onlar mütləq evlənməzdən əvvəl bu detoksikasiyadan keçməlidirlər. Bir çox metal, qapı-pəncərə, mebel sexlərində, aparatda yonma ilə məşğul olan insanlara, qaynaqçılara, sexlərdə işləyənlərə metal qalıqları tozla  ağız və burundan keçir. Bir də gözəllik salonlarında çalışan qadınlar risk altındadır. 

 

Toksinlərin,  metalların qanla anadan dölə keçməsi mümkündür. Və bu da uşaqda sinir,

nevroloji xəstəliklər, əqli inkişafdan qalma kimi problemlər, mədə-bağırsaq xəstəlikləri yaradır. 

 



-Ağır metallar sonradan xərçəngə səbəb ola bilərmi?


- Bəli, Avropa alimlərinin araşdırmaları göstərir ki, təhlükəli metallar immun sistemi çökdürdükdən sonra onkologiyaya da zəmin yaradır. Əgər metallarla zəhərlənmə artıq hüceyrədə geridönməz dəyişikliklər yaradıbsa, bu zaman şiş yaranma riski daha da artır.  Biz artıq onkologiyaya tutulan və müalicə alan xəstələrə də detoksiyanı məsləhət görürük. Bu onlara çox kömək edir. Çox ağır xəstələrdə əvvəlcə ilk mərhələdə sakitləşdirici terapiya edirik, sonra detoksikasiya olunur. Təmizləndikdən sonra bağırsağın mikroflorasını bərpa edirik. Bundan sonra immun sistemi güclənir. 

 

 



- Drenaj detoksikasiyadan sonra insanda nə kimi yaxşı dəyişikliklər olur?


- Xəstə çoxsaylı şikayətlərlə gəlir, bizdə birinci mərhələ drenaj detoksikasiya olduğundan xəstə sonra etiraf edir ki, şikayətlərim keçib getdi. Biz istənilən müalicəni təmizlənmə ilə başlayırıq. Toksinlər əvvəlcə matriksdə-hüceyrələr arası məsafədə olur.

 

Təmizlənmədən sonra xəstədə qanın keyfiyyəti yaxşılaşır, təmizlənir. Xəstələr etiraf edir ki, dəriləri, gözləri təmizlənir, sanki enerji gəlir, cavanlaşırlar, ağrıları gedir, həzm sistemləri düzəlir. Drenaj detoksikasiya həm daxilən, həm zahirən insanda çox müsbət dəyişikliklər yaradır. 


 


AYGÜN MUSAYEVA

MEDİCİNA.AZ
Heç kimin ağlına gəlməyən gizli xəstəlik: METAL ZƏHƏRLƏNMƏSİ -  Toksinlərdən necə xilas olaq?
Heç kimin ağlına gəlməyən gizli xəstəlik: METAL ZƏHƏRLƏNMƏSİ -  Toksinlərdən necə xilas olaq?
Heç kimin ağlına gəlməyən gizli xəstəlik: METAL ZƏHƏRLƏNMƏSİ -  Toksinlərdən necə xilas olaq?