Amerikalı qadın 7 aylıq hamilə olsa da, böyüməyən qarnı ilə hər kəsin diqqətini çəkib.
Medicina.az xəbər verir ki, Reanne adlı ana namizədi qarnı olmadığından, heç kimi hamilə olduğuna inandıra bilmir.
Gənc qadının bu halı medianın da diqqətini çəkib. Reanne qarnının şişməməsini etdiyi pəhrizlərlə və idman hərəkətləri ilə əlaqələndirib. Ana namizədi eyni zamanda yoqa, boks və s. kimi idman növləri ilə məşğul olur.
Onun hamilə halı ilə fəal şəkildə döyüş idman növləri ilə məşğul olması, qidasına həddən çox nəzarət etməsi isə birmənalı qarşılanmayıb. Qadın tənqidlərə tuş gəlib.
Reanne tənqidi rəylərdən təsirləndiyini bildirib. Əlavə edib ki, idmana baxmayaraq uşağının səhhəti yaxşıdır.
Qazlı içkilər və şirniyyatlardan imtina etdiyini söyləyən qadın, anasının da hamiləlik zamanı özü kimi olduğunu vurğulayıb.
Şəhanə Quliyeva