Səhiyyədə səbəbləri bir qədər müəmmalı olan,tam müalicəsi isə mümkün olmayan dağınıq skleroz kişilərdən çox qadınlarda rast gəlinir. Həmçinin gənclər risk altındadır.
Medicina.az-a bu xəstəliyin fəsadları, müayinəsi və bioloji metodlarla müalicəsinə yanaşma metodları barədə Bioloji Təbabət klinikasının nevroloqu Ülviyyə Səlimova məlumat verdi.
Hər yaşda ola bilər, qadınlar riskdədir
" İlk növbədə qeyd edim ki, dağınıq skleroz baş və onurğa beynin müxtəlif hissələrini zədələyən və ocaqlar şəklində görünən nevroloji xəstəlikdir. Diaqnoz üçün MRT olunur və bu zaman beynin müxtəlif guşələrində sklerotik ocaqlar aydın görünür.
Ocaqlar aktivləşəndə ataklar-hücumlar başlayır və simptomlar ağırlaşır. Dağınıq skleroz beynin müxtəlif hissələrini zədələdiyindən hər dəfə sinir sisteminin ayrı sahələrində büruzə verir. Xəstə var ki, güclü baş gicəllənmələr başlayır, elə xəstə var ikili görmə yaranır, elə xəstə var nitqində özünü göstərir. Ona görə də bu xəstəliyin adı dağınıq sklerozdur.
Dağınıq sklerozun xoşladığı yerlərdən biri də beyincikdir. Beyincikdə sklerotik ocaqlar əmələ gəldikdə, xəstədə güclü başgicəllənmələr olur, yaxşı yeriyə bilmir.
Dağınıq skleroz barədə yanlış təəssürat var ki, uşaqlarda olur, uşaq vaxtı yaranır. Xeyr, bu xəstəlik istənilən yaşda qəfildən başlaya bilər, aktiv yaş dövrü 20-45 yaş arasıdır. Kişilərə nisbədən qadınlarda daha çox rast gəlinir.
Müayinə nevroloq tərəfindən aparılır. Hər bu əlamətlərə gələn insana dağınıq skleroz diaqnozu qoymaq olmaz. Diaqnoz üçün çox müayinələr lazımdır, xəstə bir müddət müşahidə altında olmalıdır.
Azərbaycanda dağınıq skleroz xəstələrinin müayinəsi, diaqnozu və qeydiyyatı Respublika Klinik xəstəxanasında xüsusi kafedrada həyata keçirilir”.
Tam müalicəsi yoxdur
Xəstəliyin tam müalicəsi yoxdur. Çünki xəstəliyin əmələ gəlmə səbəbləri elmə tam bəlli deyil.
Müxtəlif versiyalar var: genetik, qohum evliliyi, virus patologiyası. İqlimdən-iqlimə də fərq var. Elə ölkələr var ki, orda daha çox yayılıb.
Alimlər düşünür ki, xəstəlik virus mənşəlidir.
Hələ də elmə məlum olmayan, aşkarlana bilməyən, sinir sistemini sevən və ona çöküb zədələyən bir virus var.
Xəstəlik virus etiologiyalı olduğu üçün xəstənin immun sistemini çökdürür. Araşdırmalar göstərir ki, xəstələrə verilən yüksək dozada immun gücü artıran preparatlar- interferonlar müalicədə yaxşı effekt verir.
Son illər Almaniya bioloji təbabət tədqiqatçıları deyir ki, baş hissədə, xüsusən diş köklərində olan iltihab dağınıq sklerozu yaradan viruslara təkan verə bilər. Ona görə gənc xəstə gəlirsə, mütləq dişlərin panoram çəkimini istəyirik. Əgər dişlərdə iltihab, kist varsa, mütləq onlar müalicə olunmalıdır. Çünki iltihablı dişlər, sinusit, haymorit, frontit, rinit immun sistemini çökdürür. Biz orqanizmin immun sistemini çökdürə biləcək bütün digər yanaşı səbəbləri aradan qaldırırıq.
Onsuz da xəstələrə dövlət proqramında immuniteti qaldıran bahalı dərmanlar verilir. Biz də bu müalicəyə dəstək olaraq nevral terapiya həyata keçiririk.
Alman metodikası ilə nevral terapiya
Klinikanın nevroloqları alman mütəxəssislərindən bu terapiyanın kursunu keçib.
Nevral terapiya – ən yeni bioloji təbabət müalicəsi növlərindən biridir.
İnsanın boyun nahiyəsində 4 ədəd Adrer Langer nöqtələri yerləşir. O nöqtələrin hər biri orqanizmin bir çox orqanlarına cavadehdir. Biz palpasiya edib, orda olan gərginliklə təyin edirik ki, xəstənin orqanizmində harda blokada var. Elə xəstə var, haymorda, sinuslarda blokada görürük. Deməli o hissələrə nevral terapiya olunur. Və yaxud bədəndə olan çapıq toxuma özü də beyinə informasiya göndərir: əməliyyat izi, boğazda əməliyyat, kimsə yıxılıb çapıq qalıb, keysəriyyə əməliyyatı çapığı və s.
Məsələn, bir xəstəmiz var idi, fibromialgiya diaqnozu var idi. Kinezologiya elminin köməyi ilə təyin etdik ki, o xəstədə olan ağrıların səbəbi onda olan çapıqdır. Badamcıq problemi və çapığını nevral terapiya etsək, ağrıları gedəcək.
Bir xəstənin dizi ağrıyırdı, təyin etdik ki, bu ağrını verən süd vəzidə aparılan əməliyyatdan sonra qalmış iri çapıqdır. Biz dizi yox, çapığı nevral terapiya ilə işləməliydik. Elə də etdik, həqiqətən də diz ağrısı keçdi.
Dağınıq sklerozda müalicə remissiya almaq deməkdir. Remissiya dövründə tutmalar olmur, ya da sayı azalır.
İltihab verən faktorların hamısını aradan qaldırırq.
Bəzən heç əhəmiyyət vermədiyimiz vitamin mineral əskikliyi: D vitamini, B 12, fol turşusu da hücumlara səbəb olur.
Eləcə də bu xəstələrin orqanizmindən ağır metallar kənarlaşdırılmalıdır.
Almaniyalı bioloji təbabət mütəxəssisləri sübut ediblər ki, adi diş plomblarında belə ağır metallar var.
Çox zaman insan elə ana bətnində ikən anasının dişlərində olan plomb və metal dişdən toksiki ağır metallar artıq sinir sistemini zədələyir
Bu da gələcəkdə parkinson, Alsgerymer, dağınıq skleroz kimi xəstəliklərə səbəb ola bilir.
Ona görə də dağınıq skleroz xəstələrinin orqanizmində drenaj detoksiyasiya aparılıb, ağır metalların zərərsizləşdirilməsi təklif olunur.
Biz dağınıq sklerozu sağaltmırıq. Çünki bu xəstəlik dünyada belə tam müalicə olunmur.
Biz bioloji təbabət metodları ilə immuniteti aktivləşdirir, blokları açır, iltihbi prosesləri müalicə edirik.
Bir xəstəmizdən nümunə gətirim. 4 ilin skleroz xəstəsi idi. Atakları çox olurdu. Onu ailəsi qolları üstə gətirmişdi. Skletorik ocaqlar onurğa beynində olduğu üçün yeriyə bilmirdi.
Biz onda bioloji tənzimləyici metodlarla müalicə apardıq, blokları açdıq, o xəstədə 4 ildir ki, remissiya əldə olunub, ataklar yoxdur.
Bütün bu müalicələr bir mərhələdə olmur. İldə 2-3 dəfə müalicə kursları təyin olunur. Eləcə də də digər yanaşı müalicə metodları: ozon terapiya, hidrokolon və s tətbiq olunur.
Xəstədə də atak olmadıqca hormonal dərmanlara ehtiyacı olmur.
Heç kim dağınıq sklerozdan sığortalanmayıb. Biz bilə bilmərik ki, nə vaxtsa bu xəstəliklə üzləşəcəyik, ya yox?
Ona görə gənclər xüsusən ağız boşluğunun sanasiyasına diqqət yetirməli, diş köklərində olan iltihab müalicə olunmalı, keyfiyyətli süni diş və plomblar istifadə olunmalıdır.
Eləcə də orqanizmdə harda iltihab varsa müalicə edilməlidir.
İldə 1 dəfə bütün orqanizmin drenaj detoksiyası aparılmalıdır. Bu zaman immunitetiniz möhkəmlənər, virusların aktivliyinin qarşısı alınar.
3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında;
Ətraflı məlumat üçün: (+994 12) 430 89 89; (+994 50) / (+994 55) / (+994 70) 430 89 89;