Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Heç faşistlər insanlar üzərində belə eksperiment aparmırdı” – Qazaxıstanlı həkim ağladı - VİDEO

  • 2021.06.24 19:08
  • 7309 Baxış
“Heç faşistlər insanlar üzərində belə eksperiment aparmırdı”  – Qazaxıstanlı həkim ağladı - VİDEO
Bir aydır ki, Qazaxıstanda kovid peyvəndi könüllülük adı altında olsa da məcburi şəkildə olunurdu. Peyvənd olunmalayanlar işə və dərsə buraxılmır, ciddi diskriminasiyaya uğrayırdı. Buna qarşı ölkənin bir sıra ziyalısı, hüquqşünası, QHT təşkilatı və həkimləri çıxış edərək, konstitutsiyanın ziddinə qərar verildiyini və insan hüquqlarının məhdudlaşdırıldığını hökümətin nəzərinə çatdırmışdı.

Artıq iyulun 1-dən Qazaxıstanda kovid peyvəndi idarə, təşkilat və xidmət sahələri üçün baş sanitar həkimin fərmanı ilə məcburi olacaq.

Medicina.az xəbər verir ki, pandemiya dövründən kovidə qarşı maraqlı açıqlamaları ilə seçilən qazaxıstanlı həkim Ayna Bakeeva son olanlardan sonra ciddi sarsıntı keçirərək, canlı yayımda müraciətində göz yaşlarını saxlaya bilməyərək hönkürüb.

O, Qazaxıstan vətəndaşlarının peyvəndə görə ciddi psixi, mənəvi zorakılığa məruz qaldığını bildirib. Hətta artıq valideynləri peyvənd olunmayan uşaqların məktəbə əyani təhsilə buraxılmamasını cəmiyyətdə sosial özbaşınalıq adlandırıb.

“Mən ölkənin kişilərinə müraciət edirəm. Çünki qərarları verənlər və hüquqşünasların çoxu kişilərdir. İmkan verməyin kiminsə diktəsi ilə öz xalqınızın nümayəndələri əziyyət çəksin. İnsanları ən zəif, ən əziz nöqtəsindən vurursuz.
Konstitusion ölkədə biz vətəndaş olaraq bədənimiz üzərində hansı tibbi prosedur keçirilməsinə özümüz qərar verə bilərik. Əgər bir insan icazə vermirsə, heç kim hətta bu onu xilas etmək məqsədi daşısa da heç bir şərtlə ona hər hansı tibbi müdaxilə edə, inyeksiya, maddə verə bilməz. Hər bir vətəndaş öz sağlamlığı və həyatına cavabdehidir.

O zaman hakimiyyət çıxıb elan etsin ki, Qazaxıstan artıq konstitusion, demokratik ölkə deyil, hüquqi dövlət deyil. Xalqın səsi heç bir şeyi həll etmir. O zaman biz rahat hər şeyə boyun əyək.

Nəyə görə bir dəfə yoluxub ağır xəstəlik keçirənlər peyvənd olunur? Nəyə görə antitel analizi nəzərə alnmır. Niyə peyvənddən qabaq antitel analizi verilmir? Heç olmasa Rusiyada bu nəzərə alınır. Siz ki, hər şeyi Rusiyanın diktəsi ilə edirsiz.

Əyalətlərdə insanlara 200 min tengi təkif edirsiz ki, hansısa yeni vaksinin klinik sınaqlarında iştirak etsinlər. Bunu kim maliyyələşdirir? Qazaxıstan nəyə görə özünün vaksinini icad etməlidir ki? Buna maliyyə imkanlarımız varmı? Siz bilirsiz Avropada, Amerikada klinik sınarlara qatılanlara nə qədər pul verirlər? Siz o məbləği vermirsiz, öz vətəndaşınızın yoxsulluğundan istifadə edib, qəpik quruşa belə təhlükəli sınaqlara cəlb edirsiz. Bizdə görün nə qədər yoxsulluqdur ki, insanla bədənlərini eksperiment oyuncağı edib, əvəzinə bir qarın çörək pulu alır. Siz insanların çarəsizliyindən istifadə edirsiz. Bu faşizmdir, bunu bilirsiz?

İnsanları övladları ilə şantaj edirsiz. Peyvənd olunmamısan, uşağın evdən çölə çıxmayacaq. Dərsə getməyəcək? Sabah bəlkə parka da qoymadız.

Heç faşistlər insanları belə kateqoriyaya bölmürdülər, faşistlər insanlıq üzərində belə eksperimentlər aparmırdılar”.